Siyasət

İsrail Qəzza şəhərində quru əməliyyatına başlayıb

16 Sentyabr, 2025
15

Foto: Reuters

İsrail ordusu sentyabrın 16-sı səhər saatlarında Qəzza zolağının mərkəzindəki eyniadlı şəhəri ələ keçirmək üçün quru əməliyyatına başlayıb.

İsrail rəsmilərinin dediyinə görə, əməliyyatın məqsədi zolağa nəzarət edən HƏMAS qruplaşmasını məğlub etməkdir.

İsrail Hərbi Hava Qüvvələri Qəzzaya güclü hava zərbələri endirdikdən sonra tanklar şəhərə daxil olub. Bundan əvvəl İsrail Müdafiə Qüvvələri fələstinlilərə şəhəri tərk edərək zolağın cənubuna,  “humanitar zona"lara getməyə çağırıb.

Təxminən 300 min insanın şəhəri tərk etdiyi bildirilir. 

“Al-Jazeera”nin xəbərinə görə, İsrail ordusu şəhərin şimal hissəsini ələ keçirməyə çalışır.

İsrail müdafiə naziri İsrael Katsın sözlərinə görə, ordu Qəzza zolağındakı “terrorçu infrastruktur”a “dəmir yumruq”la zərbələr endirir.

“İsrail əsgərləri girovların azad edilməsi və HƏMAS-ın məğlubiyyəti üçün lazım olan şəraiti yaratmaq uğrunda cəsarətlə döyüşürlər. Tapşırığımız yerinə yetənə qədər geri çəkilməyəcəyik və imtina etməyəcəyik,” – deyə nazir vurğulayıb.

2023-cü ilin oktyabrında İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibədə indiyə qədər 65 mindən çox fələstinli ölüb. Onların 20 minə yaxını uşaqlardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

BMT-nin ali istintaq orqanı İsrailin soyqırımı törətdiyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin və İsrail üzrə ali istintaq orqanı sentyabrın 16-da açıqladığı qərarda İsrailin Qəzzada soyqırımı törətdiyini bildirib.  BMT istintaq komissiyasının 72 səhifəlik hesabatında göstərilir ki, İsrail 1948-ci ildə qəbul olunmuş Soyqırımı haqqında Konvensiyada qadağan olunan beş əməldən dördünü törədib.  Bu əməllərə "bir qrupun üzvlərini öldürmək", "onlara ciddi fiziki və psixoloji zərər vermək", "həyat səviyyəsini qrupun məhv olacağı şəkildə çətinləşdirmək", "doğumların qarşısını almaq" daxildir.  Rəyə əsasən, İsrail rəhbərləri Qəzzadakı fələstinliləri bir qrup kimi məhv etmək niyyətində olublar. Son bir il ərzində fələstinli, israilli və beynəlxalq hüquq müdafiə təşkilatları da eyni qənaətə gəliblər.  Lakin bu, BMT qurumu tərəfindən aparılan...
Siyasət

“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"

15 Sentyabr 2025
Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının üzvü Ruslan İzzətli çıxış edib.  15 sentyabrın Bilik Günü olaraq qeyd edilməsinə istinad edən R.İzzətli ittihamlarla üzləşmələrinin və ümumilikdə "Azərbaycandakı ədalətsizliyin təhsilsizliyin nəticəsi" olduğunu vurğulayıb.  "Femida Azərbaycandakı məhkəmələri görsə, göz yaşı tökər. Nəinki müdafiəçilərimiz, heç hakimlər də bizim aqibətimizin nə olacağını bilmir. Hamısı Prezident Administrasiyasından gələcək qərarı gözləyir", - o deyib.  R.İzzətli həbs olunan şəxslərin hökumətlə şəxsi ədavəti olmadığını, sadəcə cəmiyyət üçün çalışdıqlarını deyərək ictimaiyyətə dəstək üçün müraciət edib.  "Əlində smartfon olan hər...

Seçilmiş Videolar

Toplum TV loqo