Siyasət

BMT-nin ali istintaq orqanı İsrailin soyqırımı törətdiyini deyir 

16 Sentyabr, 2025
15

Foto: Getty Images

Birləşmiş Millətlər Təşkilatının (BMT) Fələstin və İsrail üzrə ali istintaq orqanı sentyabrın 16-da açıqladığı qərarda İsrailin Qəzzada soyqırımı törətdiyini bildirib. 

BMT istintaq komissiyasının 72 səhifəlik hesabatında göstərilir ki, İsrail 1948-ci ildə qəbul olunmuş Soyqırımı haqqında Konvensiyada qadağan olunan beş əməldən dördünü törədib. 

Bu əməllərə "bir qrupun üzvlərini öldürmək", "onlara ciddi fiziki və psixoloji zərər vermək", "həyat səviyyəsini qrupun məhv olacağı şəkildə çətinləşdirmək", "doğumların qarşısını almaq" daxildir. 

Rəyə əsasən, İsrail rəhbərləri Qəzzadakı fələstinliləri bir qrup kimi məhv etmək niyyətində olublar.

Son bir il ərzində fələstinli, israilli və beynəlxalq hüquq müdafiə təşkilatları da eyni qənaətə gəliblər. 

Lakin bu, BMT qurumu tərəfindən aparılan ilk hərtərəfli hüquqi araşdırmadır və hazırda İsrailin soyqırımında ittiham olunduğu Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) işində hökm üçün həlledici rol oynaya bilər.

BƏM-dəki işin bir neçə il davam edəcəyi gözlənilir.

“Komissiya İsrailin Qəzzadakı davranışına görə məsuliyyətinə dair nəticəyə gəlmək üçün BƏM-in müəyyən etdiyi hüquqi standartdan istifadə edib. Buna görə də bu, indiyədək BMT-dən gəlmiş ən nüfuzlu rəydir,” – deyə komissiyanın sədri Navi Pillay "Middle East Eye" nəşrinə bildirib.

2023-cü ilin oktyabrında İsrailin Qəzzanı bombalaması ilə başlayan müharibə nəticəsində indiyə qədər 65 mindən çox fələstinli ölüb. Onların 20 minə yaxını uşaqlardır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Beş ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina edəcəyini deyir 

16 Sentyabr 2025

Foto: Getty Images

İspaniya İsrailin iştirak edəcəyi təqdirdə gələn il keçiriləcək "Avroviziya" mahnı müsabiqəsini boykot edəcək.  Bununla İspaniya İsrailin iştirakına görə müsabiqədən geri çəkiləcəyini bildirən beşinci ölkə olub.  Daha əvvəl Hollandiya, İrlandiya, Sloveniya və İslandiya da analoji qərarlarını açıqlayıb.  İsrailin müsabiqədən kənarlaşdırılmasını tələb edən ölkələr siyahısının böyüməsi müsabiqəni təşkil edən Avropa Yayım Birliyinə (AYB) təzyiqi artırıb.  "Avroviziya" mahnı müsabiqəsinin Nəzarət Qrupu bildirib ki, İsrailin iştirakına dair qərar hələ verilməyib və onlar “bir neçə ölkə tərəfindən ifadə olunan narahatlıqları nəzərə alıblar."  İspaniyanın dövlət televiziyası RTVE bu qərarı sentyabrın 16-da keçirilən idarə heyəti səsverməsindən sonra elan edib. Televiziya prezidenti Xose Pablo Lopesin təqdim etdiyi təklif...
Siyasət

İsrail Qəzza şəhərində quru əməliyyatına başlayıb

16 Sentyabr 2025

Foto: Reuters

İsrail ordusu sentyabrın 16-sı səhər saatlarında Qəzza zolağının mərkəzindəki eyniadlı şəhəri ələ keçirmək üçün quru əməliyyatına başlayıb. İsrail rəsmilərinin dediyinə görə, əməliyyatın məqsədi zolağa nəzarət edən HƏMAS qruplaşmasını məğlub etməkdir. İsrail Hərbi Hava Qüvvələri Qəzzaya güclü hava zərbələri endirdikdən sonra tanklar şəhərə daxil olub. Bundan əvvəl İsrail Müdafiə Qüvvələri fələstinlilərə şəhəri tərk edərək zolağın cənubuna,  “humanitar zona"lara getməyə çağırıb. Təxminən 300 min insanın şəhəri tərk etdiyi bildirilir.  “Al-Jazeera”nin xəbərinə görə, İsrail ordusu şəhərin şimal hissəsini ələ keçirməyə çalışır. İsrail müdafiə naziri İsrael Katsın sözlərinə görə, ordu Qəzza zolağındakı “terrorçu infrastruktur”a “dəmir yumruq”la zərbələr endirir. “İsrail əsgərləri girovların azad edilməsi və...

Seçilmiş Videolar

Toplum TV loqo