sosial media
“Əli Kərimli və Ələsgər Məmmədlinin sağlamlığı həbsxanadakı qeyri-adekvat şərait və zəruri tibbi yardımın göstərilməməsi səbəbindən ciddi şəkildə pisləşib”.
Bu barədə beynəlxalq insan hüquqları təşkilatı "Amnesty International" avqustun 11-də yaydığı bəyanatda bildirib.
Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters deyib:
“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli içməli suya və havalandırmaya çıxışdan məhrum edilib ki, bu da işgəncə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi qiymətləndirilə bilər. Ələsgər Məmmədlinin vəkilləri onun səhhətində həbsdə olduğu müddətdə ciddi şəkildə ağırlaşan problemləri nəzərə alaraq dəfələrlə ev dustaqlığına keçirilməsi barədə müraciət ediblər”.
Bəyanatda qeyd olunur ki, Əli Kərimli və Ələsgər Məmmədli Azərbaycanın “getdikcə güclənən siyasi repressiya kampaniyasının qurbanına” çevrilmiş yüzlərlə şəxsdən yalnız ikisidir.
“Bu kampaniya jurnalistləri, fəalları, hökuməti açıq tənqid edənləri və müxalif siyasətçiləri hədəf alır. Bu repressiyaların digər qurbanı isə vaxtilə Əli Kərimlinin mühafizəçisi olmuş siyasi fəal Bəhruz Həsənlidir. Hazırda o, Ukraynadan Azərbaycana ekstradisiya olunmaq riski ilə üz-üzədir və burada işgəncə və digər pis rəftara məruz qala bilər”, -bəyanatda deyilir.
“Toplum TV”-nin həmtəsisçisi, 14 il azadlıqdan məhrum edilən Ələsgər Məmmədlinin səhhətində yenidən ciddi problemlərin yarandığı ilə bağlı həyat yoldaşı Günay Məmmədli məlumat yayıb.
Onun sözlərinə görə, Ələsgər Məmmədli avqustun 8-dən 9-na keçən gecə Bakı İstintaq Təcridxanasında növbəti dəfə ürək tutması keçirib və uzun müddət ağrılar içində yataqda qalıb.
“Ələsgər Məmmədlinin ürək döyüntüləri dəqiqədə 120-dən yuxarı olub. O, həmçinin isti hava şəraitində qalxanabənzər vəzindəki 23×25 millimetrlik törəmənin yaratdığı boğulma halları da yaşayır”, - deyə Günay Məmmədli bildirib.
"Amnesty International" vurğulayır ki, Azərbaycan hakimiyyəti Əli Kərimli, Ələsgər Məmmədli və bütün digər məhbusların dərhal kifayət qədər içməli suya, havalandırmaya və zəruri tibbi yardıma çıxışını təmin etməlidir.
Təşkilat Əli Kərimlinin ailəsinə istinadən xatırladır ki, o, ev dustaqlığına keçirilməsi ilə bağlı apellyasiya şikayətinə baxılan məhkəmə iclası zamanı güclü susuzlaşma nəticəsində huşunu itirib.
“Bildirilir ki, 5 avqustdan etibarən onun saxlanıldığı kameraya içməli suyun verilməsi dayandırılıb. Eyni zamanda elektrik enerjisi də kəsilib və ventilyatorların işləməsi mümkün olmayıb”, - bəyanatda qeyd olunur.
"Amnesty International" həmçinin Ələsgər Məmmədlinin iyulun 27-də 14 il azadlıqdan məhrum edildiyini xatırladıb.
“Onunla birlikdə ‘Toplum TV’ ilə əlaqəli digər media işçiləri və vətəndaş cəmiyyəti fəalları da mühakimə olunub, onlardan bəziləri 15 ilədək azadlıqdan məhrum edilib”, - təşkilat bildirilir.
Təşkilat Əli Kərimlinin keçmiş mühafizəçisi Bəhruz Həsənli ilə bağlı isə qeyd edib:
“Beş ildir ailəsi ilə birlikdə Ukraynada yaşayan Bəhruz Həsənli iyulun 27-də Xarkov şəhərində iş yerində Azərbaycanın Baş Prokurorluğunun sorğusu əsasında saxlanılıb. Sorğu Əli Kərimli işi çərçivəsində göndərilib və ona Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddələri üzrə ittiham irəli sürülüb. Bəhruz Həsənli bu ittihamları rədd edir, onların əsassız, saxta və yalnız siyasi fəaliyyəti ilə əlaqədar irəli sürüldüyünü bildirir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
president.az
Qardaşı: "Azərbaycan dövləti adından kimlərsə Vüqar Məmmədovu azadlıqdan yox, həyatdan məhrum etməyi planlaşdırıb"
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib