“Atam yazıb ki, yol polisi cızığından çıxıb” - Müsavatçının xəstə atasını gecə polisə aparmaq istəyiblər
Fərəc Kərimli/şəxsi arxiv
Müsavat partiyasının sədr müavini Fərəc Kərimlinin atası Raqif Kərimlini Səbail rayon polis idarəsinə aparmaq istəyiblər.
Bu haqda o, sosial şəbəkədə məlumat paylaşıb.
Onun sözlərinə görə, yanvarın 19-da Səbail rayon Polis İdarəsindən zəng edib atasını polis idarəsinə çağırıblar.
“Atam da evdə olmadığı üçün sabah gələ biləcəyini deyib. Cinayət axtarış şöbəsinin rəisi dirənib ki, indi gəlməlidir. Atam da xəstə olduğunu bildirib. Təsəvvür edin gecə saat 23:30-da Müşfiq qəsəbəsinə arxasınca polis göndəriblər. Polislər də gəlib görüb ki, həqiqətən xəstədir, gedə bilməz. Məruzə ediblər ki, bu vəziyyətdə gətirmək olmaz”, F.Kərimli yazır.
O bildirib ki, bundan sonra atasının halı daha da pisləşib.
“Gəlib narahat ediblər, gecə atamın təzyiqi 200-dən yuxarı olub. Onsuzda atam yüksək təzyiqdən əziyyət çəkir. Bir də gəlib belə narahat edirlər təzyiq daha da qorxulu həddə çatır. Atamın 75 yaşı var”.
Fərəc Kərimli hesab edir ki, atasını İmişlidə polisin törətdiyi qəza ilə bağlı sosial şəbəkədə yazdıqlarına görə polis idarəsinə aparmaq istəyiblər:
“İmişlidə yol polisinin törətdiyi qəza haqda iki cümlə bir yazı yazıb. Öz başına gələn hadisədə də bir söz var ki, "yol polisi cızığından çıxıb". İndi bu söz xətrinizə dəyib? Bir başınızı qaldırıb baxın görün bütün ölkə yol polisi haqda nələr danışır”.
Yanvarın 18-də İmişlidə yol polisinin yüksək sürətlə hərəkət edən avtomobili iki məktəblinin ölümünə, bir neçəsinin yaralanmasına səbəb olub.
Qəza ilə bağlı cinayət işi açılıb. Hadisə rayonda narazılıqla qarşılanıb, etirazlar başlayıb. Az sonra etirazçılardan bəziləri saxlanılıb. Onların sayı açıqlanmır.
Bugünlərdə Müsavat Partiyasının daha bir üzvü Əlikram Xurşidov da saxlanılıb, ona 10 sutka həbs cəzası verildiyi bildirilir.
Partiya onun həbsini sosial şəbəkədə tənqidi çıxıları ilə əlaqələndirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
Jurnalistikada Qadınlar üçün Koalisiya hakimiyyətdən mətbuata təzyiqləri dayandırmağı tələb edir
www.womeninjournalism.org
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib