Foto: president.az
"Avropa Siyasi Birliyi üçün demokratiya yalnız kağız üzərindədir"
Avropa Siyasi Birliyinin (ASB) zirvə toplantılarına növbəti illərdə Azərbaycan və Ermənistan ev sahibliyi edəcək.
Bu barədə Avropa Şurasının Prezidenti Antonio Kosta xəbər verib.
O, “X” səhifəsində bildirib ki, sammitə 2026-cı ildə Ermənistan və İrlandiya, 2027-ci ildə İsveçrə və Yunanıstan, 2028-ci ildə isə Azərbaycan və Latviya ev sahibliyi edəcək.
Ermənistan Baş naziri Nikol Paşinyan “X” səhifəsində qərara görə ASB liderlərinə təşəkkür edib, həmçinin 2028-ci ildəki sammitin Azərbaycanda keçirilməsi qərarını “alqışlayıb”.
O əlavə edib ki, Azərbaycan və Ermənistan bir-birinin ev sahibliyi namizədliklərini dəstəkləyiblər.
Azərbaycan tərəfi qərarla bağlı hələ ki rəsmi açıqlama verməyib.
ASB-nin sonuncu sammiti mayın 16-da Albaniyada təşkil olunub. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib, Paşinyan və başqa liderlərlə görüşüb.
Siyasi şərhçi Elman Fəttah ASB sammitinin Azərbaycanda keçirilməsi qərarını pisləyib.
“Avropa Siyasi Birliyinin 2028-ci il Zirvə toplantısını İlham Əliyevin avtoritar idarəçiliyi altındakı Azərbaycanda keçirmək qərarı, sadəcə bir diplomatik səhv deyil, həm də bu birliyin öz elan etdiyi dəyərlərə – demokratiya, insan haqları və hüququn aliliyinə tüpürməsidir. Bu qərar, Avropa Siyasi Birliyinin avtoritar rejimlərlə əməkdaşlığı legitimləşdirdiyi bir nöqtəni təmsil edir”, - o, “Facebook” səhifəsində yazıb.
Şərhçi əlavə edib ki, bu qərarla Avropa liderləri vətəndaş cəmiyyətinə və müxalifətə qarşı repressiya siyasəti yürüdən İlham Əliyevin hakimiyyətinə dəstək vermiş olur.
“Bu, həm də korafəhmiliyin növbəti nümunəsidir. Bir tərəfdən Rusiya avtoritarizmini tənqid edib, Ukrayna üçün göz yaşları axıdan Avropa, digər tərəfdən enerji maraqları naminə Əliyev kimi avtoritara qucaq açır. Bu davranış yalnız Əliyevi gücləndirmir, həm də bütün dünyaya mesaj verir: Avropa Siyasi Birliyi üçün demokratiya yalnız kağız üzərindədir, praktikada isə qaz boruları və geosiyasi sazişlər hər şeydən üstündür”, - E.Fəttah bildirib.
O düşünür ki, sammitin Azərbaycanda keçirilməsi qərarı ölkədə siyasi müxalifətə qarşı təzyiqlərin daha da artmasına rəvac verəcək və demokratik dəyişikliklər ümidini puç edəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: sosial media
Foto: Açıq mənbədən götürülüb
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib