sosial media
Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, gələcəkdə Azərbaycan Ermənistana elektrik enerjisi ixrac edə bilər.
Avqustun 11-də “AzTV”-yə müsahibəsində Əliyev deyib ki, Ermənistan sovet dövründə tikilmiş Metsamor Atom Elektrik Stansiyasını (AES) qeyri-müəyyən müddətə istismar edə bilməz. Onun sözlərinə görə, stansiyanın fəaliyyəti dayandırılarsa, Ermənistan elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər.
Prezident bildirib ki, Azərbaycan mütəxəssisləri artıq Ermənistanda ilkin araşdırmalar aparıb və elektrik ötürücü xətlər üçün dirəklərin quraşdırıla biləcəyi mümkün əraziləri müəyyən ediblər.
O əlavə edib ki, Azərbaycandan Ermənistan üzərindən Naxçıvana elektrik enerjisinin ötürülməsini nəzərdə tutan yüksək gərginlikli elektrik xətti layihəsi hazırdır və onun tikintisi ən çoxu altı ay çəkə bilər.
“Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Bu, birinci onların özlərinə lazım ola bilər. Çünki bu gün əsas enerji mənbələri olan atom elektrik stansiyası onların nəzarəti altında deyil. Bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər”, - Əliyev deyib.
Əliyevin bu açıqlamalarına Ermənistanın baş naziri Nikol Paşinyan da münasibət bildirib.
Avqustun 13-də keçirdiyi brifinqdə Paşinyan deyib ki, əvvəllər Ermənistanda elektrik enerjisi profisiti var idi, lakin indi ölkədə yeni tələbat yarana bilər:
“Ermənistanda yeni süni intellekt zavodlarının tikintisi baxımından biz enerji strategiyamıza yenidən baxmalı olacağımızı düşünürük ki, bu yeni şərait və gözləntiləri qarşılamaq üçün kifayət qədər imkanlarımız olsun”.
Hazırda Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının istismar müddəti 2036-cı ildə başa çatır. Ermənistan onu yeni modul tipli AES-lə əvəz etməyi planlaşdırsa da, Paşinyan bu ilin fevralında istismar müddətinin 2046-cı ilədək uzadıla biləcəyini bildirib.
Bu ilin yanvarında Paşinyan parlamentdə çıxışı zamanı da bildirmişdi ki, gələcəkdə Ermənistan və Azərbaycan vahid elektrik şəbəkəsinə qoşulacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib