sosial media
Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin tezliklə Azərbaycana məhsul ixrac etməyə başlayacağını bildirib.
O, bunu avqustun 13-də jurnalistlər üçün brifinqdə deyib.
Baş nazir ixracın nə vaxt başlayacağına və hansı məhsulların ixrac ediləcəyinə aydınlıq gətirməyib.
Azərbaycan və Ermənistan arasında ticarət əlaqəsi ötən ilin dekabrından başlayıb. Lakin bu ticarət, əsasən, birtərəfli olub. Belə ki, indiyədək Azərbaycan Ermənistana neft məhsulları ixrac edib.
Ermənistan da bu ilin martında Azərbaycana 960 ABŞ dolları dəyərində qızılgül ixrac edib. Lakin həmin məhsulun mənşə ölkəsi Hollandiya olub.
Bu ilin yanvarında Paşinyan demişdi ki, Azərbaycan və Ermənistan bir-biri ilə ixrac potensialı olan məhsulların siyahısını bölüşüb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib