Siyasət

İlham Əliyev: “Azərbaycan Ermənistana elektrik enerjisi ixrac edə bilər”

13 Avqust, 2026
18

sosial media

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, gələcəkdə Azərbaycan Ermənistana elektrik enerjisi ixrac edə bilər.
Avqustun 11-də “AzTV”-yə müsahibəsində Əliyev deyib ki, Ermənistan sovet dövründə tikilmiş Metsamor Atom Elektrik Stansiyasını (AES) qeyri-müəyyən müddətə istismar edə bilməz. Onun sözlərinə görə, stansiyanın fəaliyyəti dayandırılarsa, Ermənistan elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər.

Prezident bildirib ki, Azərbaycan mütəxəssisləri artıq Ermənistanda ilkin araşdırmalar aparıb və elektrik ötürücü xətlər üçün dirəklərin quraşdırıla biləcəyi mümkün əraziləri müəyyən ediblər.
O əlavə edib ki, Azərbaycandan Ermənistan üzərindən Naxçıvana elektrik enerjisinin ötürülməsini nəzərdə tutan yüksək gərginlikli elektrik xətti layihəsi hazırdır və onun tikintisi ən çoxu altı ay çəkə bilər.

“Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Bu, birinci onların özlərinə lazım ola bilər. Çünki bu gün əsas enerji mənbələri olan atom elektrik stansiyası onların nəzarəti altında deyil. Bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər”, - Əliyev deyib.

Əliyevin bu açıqlamalarına Ermənistanın baş naziri Nikol Paşinyan da münasibət bildirib.
Avqustun 13-də keçirdiyi brifinqdə Paşinyan deyib ki, əvvəllər Ermənistanda elektrik enerjisi profisiti var idi, lakin indi ölkədə yeni tələbat yarana bilər:

“Ermənistanda yeni süni intellekt zavodlarının tikintisi baxımından biz enerji strategiyamıza yenidən baxmalı olacağımızı düşünürük ki, bu yeni şərait və gözləntiləri qarşılamaq üçün kifayət qədər imkanlarımız olsun”.

Hazırda Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının istismar müddəti 2036-cı ildə başa çatır. Ermənistan onu yeni modul tipli AES-lə əvəz etməyi planlaşdırsa da, Paşinyan bu ilin fevralında istismar müddətinin 2046-cı ilədək uzadıla biləcəyini bildirib.

Bu ilin yanvarında Paşinyan parlamentdə çıxışı zamanı da bildirmişdi ki, gələcəkdə Ermənistan və Azərbaycan vahid elektrik şəbəkəsinə qoşulacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Paşinyan: “Tezliklə Azərbaycana məhsul ixrac etməyə başlayacağıq" 

13 Avqust 2026

sosial media

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin tezliklə Azərbaycana məhsul ixrac etməyə başlayacağını bildirib.  O, bunu avqustun 13-də jurnalistlər üçün brifinqdə deyib.  Baş nazir ixracın nə vaxt başlayacağına və hansı məhsulların ixrac ediləcəyinə aydınlıq gətirməyib.  Azərbaycan və Ermənistan arasında ticarət əlaqəsi ötən ilin dekabrından başlayıb. Lakin bu ticarət, əsasən, birtərəfli olub. Belə ki, indiyədək Azərbaycan Ermənistana neft məhsulları ixrac edib.  Ermənistan da bu ilin martında Azərbaycana 960 ABŞ dolları dəyərində qızılgül ixrac edib. Lakin həmin məhsulun mənşə ölkəsi Hollandiya olub.  Bu ilin yanvarında Paşinyan demişdi ki, Azərbaycan və Ermənistan bir-biri ilə ixrac potensialı olan məhsulların siyahısını bölüşüb.
Siyasət

“Ombudsmana yazılmış ərizələr tikanlı məftillərdən kənara çıxarılmır”

13 Avqust 2026

sosial media

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşları Ramil Babayev və Əli Zeynal Ombudsman Aparatını həbsxanalarda operativ nəzarəti təmin etməməkdə ittiham ediblər. Onlar Ombudsman Səbinə Əliyevaya ünvanladıqları müraciətdə bu iddiaları əsaslandıraraq quruma bir neçə tələb irəli sürüblər. Müraciətdə deyilir: “‘Yazdım, amma cavab gəlmədi’, ‘Müraciət etdim, iki ay sonra gəldilər. Faydası olmadı’ ifadələri həbsxanalarda ən çox eşidilənlərdəndir. İşi insan hüquqlarının müdafiəsi olan qurumun fəaliyyətindən hüquqları pozulan şəxslərin xəbəri yoxdur. Ombudsmana yazılmış ərizələr tikanlı məftillərdən kənara çıxarılmır, zənglər kəsilir, çətinliklə müraciət edən məhbuslarla isə operativ əlaqə saxlanılmır. Həmsöhbət olduğumuz məhbuslardan biri demişdi ki, cəzaçəkmə müəssisəsində döyüləndə...

Seçilmiş Videolar

Toplum TV loqo