Siyasət

Məhbus anası: "Oğlum həbsxanada suyun olmamasına etiraz etdiyi üçün döyülüb"

3 İyul, 2026
28

Açıq mənbə

12 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhbus Elşən Mürsəlovun işgəncəyə məruz qaldığı deyilir.

Bu barədə onun anası Nailə Bağırova prezident İlham Əliyevə ünvanladığı və jurnalist Arzu Abdullanın ictimailəşdirdiyi müraciətdə bildirir.

Məhbusun anası iddia edib ki, oğlu cəzaçəkmə müəssisəsində məhbuslara suyun pulla satılmasına etiraz etdikdən sonra döyülərək cərimə kamerasına ("kars") salınıb:

“Oğlum bu yayın qaynar günlərində suyun olmamasına və  pulla satılmasına etiraz etdiyinə görə elə döyüblər ki, onun yaşayacağına ümidim yoxdur”.

Nailə Bağırova deyir ki, oğlu bundan əvvəl də dəfələrlə zorakılığa məruz qalıb.

“Bundan əvvəl də bir neçə dəfə oğlumu döyüblər. Ayaq damarlarını qırıblar. Özüm mən xadiməçi ola-ola Topçubaşov adına xəstəxanaya apardım əməliyyat etdirdim. Xeyli pulum getdi o yollarda. Özlərinə nə qədər müraciət etsək də əməliyyatı etdirmirdilər. Ondan sonra yaraları qurtarmamış onu apardılar zona atdılar. Mən bilirəm, pulum yoxdur deyə uşağımı atıb, salırlar ora. Yenidən bir müddət keçəndən sonra hələ yaraları sağalmamış necə döymüşdülərəsə, xayasını partlatmışdılar”, - deyə məhbusun anası bildirib.

N.Bağırova Ombudsman Aparatını hadisəni araşdırmağa çağırıb:

“Ombudsmandan tələb edirəm, getsin oğlumun partladılmış ağzını burnunu öz gözləri ilə görsün, yaraları sağalandan sonra gedib "hər şey qaydasındadır" demək, insan hüquqlarını müdafiə etmək deyil, məhbusa qarşı edilmiş işgəncəyə imkan yaratmaq, göz yummaqdır”.

Nailə Bağırova "Toplum TV"yə bildirib ki, oğlunun vəziyyəti ilə bağlı iyulun 3-də Ədliyyə Nazirliyində olub. Onun sözlərinə görə, nazirlikdə Elşən Mürsəlovun daxili qaydaları pozduğu üçün cərimə kamerasına salındığı bildirilib.

"Dedim ki, əgər ona işgəncə verilməyibsə, aparın, özüm görüm. Buna razı olmadılar. Dedilər ki, ayın 9-da “kars”dan çıxacaq və o zaman özü evə zəng edə biləcək", - deyə Nailə Bağırova bildirib.

Səsləndirilən iddialarla bağlı Penitensiar Xidmətin mövqeyini öyrənmək mümkün olmayıb.

Elşən Mürsəlov qəsdən adam öldürmə maddəsi ilə 2017-ci ildə həbs olunub. Məhkəmənin qərarı ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İşçi hüquqları fəalının cərimə kamerasına salındığı deyilir

3 İyul 2026

Fərqanə Novruzova

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin saxlanıldığı 17 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına ("kars") yerləşdirildiyi bildirilir. Bu barədə onun yaxınları iyulun 2-də məlumat yayıblar. Onların sözlərinə görə, Elvin Mustafayev iyunun 30-da cərimə kamerasına salınıb və buna etiraz olaraq iyulun 1-dən aclıq aksiyasına başlayıb. Yaxınlarının bildirdiyinə görə, Mustafayevin cəza müddətinin başa çatmasına təxminən 40 gün qalıb. Onlar iddia edirlər ki, penitensiar müəssisənin rəhbərliyi onu məqsədli şəkildə təxribata çəkməyə çalışır. İddialarla bağlı Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Elvin Mustafayev daha əvvəl də cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən hədələndiyini bildirmişdi. Onun sözlərinə görə, müəssisənin rejim rəisi Samit Qafarov onu əlavə cinayət...
Siyasət

AŞPA prezidenti: "Azərbaycan ən azından bəzi tanınmış siyasi məhbusları azadlığa buraxmalıdır"

2 İyul 2026

pace.coe.int

Avropa Şurası Parlamentlər Assambleyasının (AŞPA) prezidenti Petra Bayr deyib ki, Azərbaycan bu qurumda təmsil olunmağa davam etmək istəyirsə, bəzi addımlar atmalıdır.  "İlk addım kimi yerinə yetirilməli olan bir sıra konkret tədbirlər var. Məsələn, AŞPA-nın azı 70 deputatının yer aldığı qara siyahıdan, heç olmasa, bəzi adlar çıxarılmalıdır. Mən də daxil olmaqla, həmin siyahıda olan şəxslərin – o cümlədən iki həmməruzəçidən birinin – Azərbaycana girişi qadağandır. Bu səbəbdən də, hətta dialoq və əməkdaşlıq istəsək belə, fiziki olaraq hərəkət etmək imkanımız yoxdur. Bildiyimə görə, bu problemi həll etmək üçün xeyli "səssiz diplomatiya" cəhdləri olub, amma bunların heç biri nəticə verməyib", - o, "Azadlıq...

Seçilmiş Videolar

Toplum TV loqo