Britaniyalı deputatlar "Maşa və Ayı" cizgi filminin yayımdan çıxarılmasını istəyirər
"Maşa və Ayı" - "YouTube"
50-dən çox britaniyalı deputat Böyük Britaniyanın Mədəniyyət naziri Liza Nandiyə "Maşa və Ayı" cizgi filminin yayım platformalarından çıxarılması tələbi ilə açıq məktub ünvanlayıb.
"The Guardian"ın yazdığına görə, məktubun göndərilməsinə səbəb "Netflix"in "Maşa və Ayı"nın iki yeni mövsümünün yayım hüquqlarını alması və cizgi filminin Böyük Britaniyanın "ITVX" platforması da daxil olmaqla 100-dən çox ölkədə yayımlanması olub.
Liberal Demokrat Partiyasının deputatı Tom Qordonun təşəbbüsü ilə hazırlanan məktubda iddia olunur ki, dörd yaşlı “Maşa”nın bəzi obraz və hərəkətləri təbliğat xarakteri daşıyır.
Deputatlar xüsusilə iki epizoda diqqət çəkiblər. Onlardan birində “Maşa” tankçı dəbilqəsi, digərində isə SSRİ Xalq Daxili İşlər Komissarlığının (NKVD) papağını xatırladan baş geyimi ilə təsvir olunur.
Məktubda bildirilir ki, bu cür səhnələr sovet hərbi simvollarının azyaşlı tamaşaçılar arasında qlobal miqyasda normallaşdırılmasına xidmət edir.
Deputatlar həmçinin Ukraynanın Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin mövqeyinə istinad ediblər. Həmin mövqeyə görə, "Maşa və Ayı" sadəcə animasiya filmi deyil, Rusiyanın "yumşaq güc" alətlərindən biridir. İddia olunur ki, cizgi filmində “Maşa”nın davranışları vasitəsilə digər xalqların ənənələri məsxərəyə qoyulur, sovet simvolları və militarist mövzular isə normallaşdırılır.
"Maşa və Ayı" cizgi filminin istehsalçısı olan Rusiya mənşəli "Animaccord" studiyası isə bütün ittihamları rədd edib. Şirkətin nümayəndəsi Melani Bonviçino bu iddiaları "əsassız və böhtan xarakterli" adlandıraraq bildirib ki, studiya heç vaxt dövlət tərəfindən maliyyələşdirilməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Tramp: “Gözəl Qrenlandiyamızda neft, qaz və mineral ehtiyatların kəşfiyyatına başlanmağa hazırlıq görülür”
whitehouse
Christo
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır