Məhkəmə İqbal Əbilovun media qurumlarına qarşı qaldırdığı iddianı rədd edib
sosila media
Avqustun 11-də Yasamal Rayon Məhkəməsində həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun qaldırdığı mülki iddia üzrə proses keçirilib.
İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin məlumatına görə, tədqiqatçı onun barəsində yayımlanmış materiallara görə ATV telekanalı, “Trend”, “Hit.az” və “Qafqazinfo” xəbər saytlarına qarşı iddia qaldırıb.
İ.Əbilov iddiasında barəsində yayımlanan materiallarda təqsirsizlik prezumpsiyasının pozulduğunu, şərəf və ləyaqətini alçaldan məlumatların dərc edildiyini bildirib. O, həmin məlumatların hüquq pozuntusu kimi tanınmasını, cavab vermək hüququnun təmin edilməsini, media qurumları tərəfindən üzr istənilməsini və dəymiş mənəvi zərərə görə ümumilikdə 6000 manat təzminat ödənilməsini tələb edib.
Məhkəmədə cavabdeh tərəfdən yalnız “Trend”-in baş direktor müavini Sahil Kərimli iştirak edib. Proses boyunca İ.Əbilov talış dilində çıxış edib. Ötən prosesdə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən tərcüməçi kimi təsdiqlənən Oqtay Əsgərov onun çıxışlarını Azərbaycan dilinə tərcümə edib.
Məhkəmə İ.Əbilovun iddiasını təmin etməyib. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.
İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.
Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar - xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
İ.Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bəyan edib ki, o, heç bir siyasi fəaliyyətdə iştirak etməyib və onun “yeganə cinayəti” elmi obyektivlik, vicdanlı araşdırma və mədəni irsi qorumaq olub.
Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu “siyasi məhbus” kimi tanıyıblar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Məhkəmə Fazil Qasımovun lehinə qərar verib: “Müstəntiq imzaları saxtalaşdırıb”
sosial media
sosial media
Ələsgər Məmmədli: “Azərbaycanda hüququn aliliyini müdafiə etdiyimə görə qanunsuz həbs edilmişəm”
Torpaqların birləşdirilməsi kəndlilərə nə verəcək?
İlham Əliyevin açılışını etdiyi hoteli tikən şirkət ödənişini ala bilmədiyini bildirir
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
“Elgün İbrahimovla bağlı videoya görə saxlanıldım” deyən gəncə 3 il həbs cəzası verilib