Siyasət

Məmməd Alpay: "Ailəm ilə açıq görüşlərə icazə verilmir, qəzetlər çatdırılmır" 

6 İyul, 2026
70

Sosial media

Seçki Müşahidə Alyansının həbsdə olan sədri Məmməd Alpay (Məmmədzadə) saxlanma şəraitindən şikayətçidir. 

O, yaxınları vasitəsilə bildirib ki, son 6 ayda saxlanıldığı Bakı İstintaq Təcridxanasında ailə üzvləri ilə açıq görüşlərin keçirilməsinə icazə verilmir. 

"Bu müddətdə yalnız şüşə arxasından görüşlərə icazə verilir. Təcridxana rəhbərliyi dəfələrlə açıq görüşlərin bərpa olunacağını bildirsə də, indiyədək bu vəd yerinə yetirilməyib. Eyni zamanda, ikinci dərəcəli qohumlar və dostlarla hətta şüşə arxasından görüşlərin keçirilməsi də mümkün deyil", - yaxınları qeyd edib. 

Əlavə olaraq, M.Alpay yaxınları tərəfindən göndərilən jurnal, qəzet və bəzi hallarda kitabların ona çatdırılmadığını bildirir.

O, həmçinin məhkəməyə aparıldığı avtomobillərdə məhbusların normadan artıq sayda yerləşdirildiyini qeyd edir.

M.Alpayın digər şikayəti isə məhkəmə proseslərindən sonra təqsirləndirilən şəxslərin dərhal təcridxanaya qaytarılmaması ilə bağlıdır. Onun sözlərinə görə, məhkəməsi başa çatan şəxslər saatlarla məhkəmə binalarında gözləməyə məcbur olurlar.

M.Alpay aidiyyəti qurumları saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi istiqamətində tədbirlər görməyə çağırıb. 

Məmməd Alpay 14 mart 2025-ci ildə Baş Prokurorluğun əməkdaşları tərəfindən “QHT işi” çərçivəsində saxlanılıb. Həmin gün Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Həbs qətimkan tədbirinin müddəti sonradan iki dəfə uzadılıb.

Məmməd Alpay iki ayrı cinayət işi üzrə ümumilikdə 11 maddə ilə ittiham olunur. Bunlar arasında qaçaqmalçılıq, vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlar var. 

Özü isə ittihamları rədd edir, həbsinin əsl səbəbinin ictimai fəaliyyəti olduğunu deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14 İyul 2026

president.az

Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də Şuşada keçirilən Qlobal Media Forumunda ölkəsinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.  Kreml sözçüsü Dmitri Peskov isə iyulun 14-də jurnalistlərlə söhbətində bu mövqenin yanlış olduğunu deyib.  "Bütün kanallar vasitəsilə, ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik", - o əlavə edib.  Lakin Peskov bu cür fikir ayrılıqlarının ikitərəfli münasibətlər üçün təhlükə yaratmadığını düşündüyünü də deyib.  "Bizim yaxın münasibətlərdə olduğumuz və bu məsələdə bizim qətiyyən razılaşmadığımız mövqeyi bölüşən bir sıra dövlətlər var. Bəli, bu fikir ayrılıqları mövcuddur. Lakin hesab edirik ki, bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas...
Siyasət

Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb 

14 İyul 2026

Toplum TV

Həbsdə olan bir qrup inanclı fəal "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclığa başlayıb.  Jurnalist Arzu Abdullanın "Toplum TV"-yə dediyinə görə, onlar Umbakı Penitensiar Kompleksində saxlanılan, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalovdur.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham olunurlar. Özləri isə əslində peşə fəaliyyətlərinə görə...

Seçilmiş Videolar

Toplum TV loqo