Siyasət

XİN: “Dəfələrlə xəbərdarlığa baxmayaraq, Rusiya SOCAR-ın obyektlərinə hücumları davam etdirir”

6 İyul, 2026
46

Açıq mənbə

Rusiya ordusunun Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqdoldurma məntəqəsinə zərbələr endirməsindən sonra Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.

Azərbaycan XİN-in yaydığı məlunata görə, görüş zamanı Ukraynanın Nikolayev vilayətində yerləşən yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı Rusiyaya rəsmi etiraz notası təqdim olunub.

Rəsmi Bakı əvvəllər Odessadakı neft bazasına və qazpaylayıcı kompressor stansiyasına edilən hücumları da xatırladıb. Bu zərbələr nəticəsində şirkətə ciddi maddi ziyan dəydiyi və əməkdaşlar arasında yaralananların olduğu səfirin diqqətinə çatdırılıb.

Nazirliyin açıqlamasında qeyd olunub ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hücumların təkrarlanması onların məqsədyönlü xarakter daşıdığını göstərir.

"Görüşdə həmçinin Kiyevdəki səfirliyimizin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib", - XİN bildirib.

Azərbaycan tərəfi Rusiyanı bütün bu hadisələrlə bağlı hərtərəfli araşdırma aparmağa, izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə  çağırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Kreml: "Əliyevin Ukraynanın ərazi bütövlüyü ilə bağlı mövqeyi yanlışdır"

14 İyul 2026

president.az

Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də Şuşada keçirilən Qlobal Media Forumunda ölkəsinin Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bildirib.  Kreml sözçüsü Dmitri Peskov isə iyulun 14-də jurnalistlərlə söhbətində bu mövqenin yanlış olduğunu deyib.  "Bütün kanallar vasitəsilə, ardıcıl şəkildə əsaslandırılmış arqumentlərlə bunun niyə yanlış mövqe olduğunu izah etməyə davam edəcəyik", - o əlavə edib.  Lakin Peskov bu cür fikir ayrılıqlarının ikitərəfli münasibətlər üçün təhlükə yaratmadığını düşündüyünü də deyib.  "Bizim yaxın münasibətlərdə olduğumuz və bu məsələdə bizim qətiyyən razılaşmadığımız mövqeyi bölüşən bir sıra dövlətlər var. Bəli, bu fikir ayrılıqları mövcuddur. Lakin hesab edirik ki, bu məsələ ikitərəfli münasibətlərimizə kölgə salmaq üçün əsas...
Siyasət

Həbsdə olan inanclı fəallar qadın məhbuslar üçün aclığa başlayıb 

14 İyul 2026

Toplum TV

Həbsdə olan bir qrup inanclı fəal "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclığa başlayıb.  Jurnalist Arzu Abdullanın "Toplum TV"-yə dediyinə görə, onlar Umbakı Penitensiar Kompleksində saxlanılan, Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalovdur.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham olunurlar. Özləri isə əslində peşə fəaliyyətlərinə görə...

Seçilmiş Videolar

Toplum TV loqo