Siyasət

Moldovada Rusiyaya casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb

10 Sentyabr, 2026
49

Poliția Republicii Moldova

Moldova polisi sentyabrın 8-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) üçün məlumat toplamaqda şübhəli bilinən 49 yaşlı Azərbaycan vətəndaşını saxladığını açıqlayıb.

Adı açıqlanmayan şəxsin paytaxt Kişinyovda saxlanıldığı bildirilir.

Hüquq-mühafizə orqanlarının iddiasına görə, o, Moldovadakı hərbi obyektlər, eləcə də ABŞ-yə aid hədəflər barədə məlumat toplayıb.

Dövlətə mediası olan “Moldpress” agentliyi yazır ki, həmin şəxs 2026-cı ilin avqustunda FSB tərəfindən əməkdaşlığa cəlb olunub. İstintaq onun Moldova və Ukraynada təxribat aktları törətməyə hazırlaşdırıldığını iddia edir.

Polisin məlumatına əsasən, şübhəlinin evində aparılan axtarış zamanı götürülən mobil telefonda özünü FSB əməkdaşı kimi təqdim etdiyi deyilən şəxslə əlaqəni göstərən məlumatlar aşkarlanıb. 

Azərbaycan vətəndaşına icazəsiz məlumat toplama ittihamı irəli sürülüb. Təqsirli bilinərsə, onu beş ilədək həbs cəzası gözləyir.

Bu, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən sonra Moskva ilə münasibətləri kəskinləşən Moldovada Rusiyanın mümkün casusluq və müdaxilə fəaliyyəti ilə bağlı növbəti iddiadır. Moskva əvvəllər Moldovaya müdaxilə ilə bağlı ittihamları rədd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Prezident qida təhlükəsizliyinə dair dövlət proqramını təsdiqləyib

10 Sentyabr 2026

sosial media

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə  baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu  göstərir."  "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə  mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində  bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub.  Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib.  Daha öncə "Toplum TV"yə danışan müstəqil ekspertlər isə...
Siyasət

Ordubad sakini: “Rusiyadan qayıdanlar polis idarəsində narkotik testinə məcbur edilir”

10 Sentyabr 2026

ChatGpt

Rusiyadan qayıdan bəzi Ordubad sakinlərinin evlərindən götürülərək zorla polis idarəsinə aparıldığı bildirilir.  Şikayətçilər bu barədə “Gündəlik Naxçıvan”a bildiriblər. Onların sözlərinə görə, həkim nəzarəti olmadan rayon polis şöbəsinin sanitar qovşağında narkotik maddə istifadəsi ilə bağlı testdən keçirilirlər. Təhlükəsizlik səbəbilə adının açıqlanmasını istəməyən şəxs deyir ki, testin nəticəsi mənfi çıxsa da, ona ‘narkotik istifadəçisi damğası’ vurulacağı ilə hədələnib. Onun sözlərinə görə, nəticədə 5 min manat verməyə məcbur olub. “Təkcə mənim yox, bir neçə tanıdığım adamın da başına eyni şey gəlib. Rusiyadan gələn kimi evdən götürüb, aparıb şöbədə test edirlər. Polis idarəsinin tualeti müavinin test mərkəzinə çevrilib. Nəticə mənfi çıxsa da, dedilər ki,...

Seçilmiş Videolar

Toplum TV loqo