Siyasət

Müşfiq Cabbar üçüncü ildir doğum gününü həbsxanada keçirir

22 Sentyabr, 2026
8

şəxsi arxiv

Sentyabrın 22-si "Toplum TV"nin həbsdə olan redaktoru Müşfiq Cabbarın 40-cı doğum günüdür. 

M.Cabbar ardıcıl üçüncü ildir ki, doğum gününü həbsxanada keçirir. O, 2024-cü il martın 6-da "Toplum TV işi" üzrə həbs olunub. Bu il iyulun 27-də iş üzrə oxunan hökmə əsasən, M.Cabbar 13 il müddətinə azadlıqdan məhrum edilib. 

Digər təqsirləndirilən şəxslər kimi M.Cabbar da qaçaqmalçılıq daxil olmaqla maliyyə cinayətlərində təqsirli bilinib. Lakin o, bütün ittihamları rədd edib və peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib. 

"Biz “Toplum TV” olaraq sadə insanların səsi olmuşuq, hər kəsin problemini işıqlandırmışıq. Bizi həbsə gətirən əsas səbəblər bunlardır. Bu gün yerli TV-lər ara-sıra sosial problemləri efirə verir. Biz həbs olunana qədər ölkə “Gülüstan” idi. Nə oldu, birdən problemlər çıxdı ortaya? Hökumət azad jurnalistlərin demək olar hamısını həbs edib. Amma bizim açdığımız o cığırı qapada bilmir. İnsanlar şikayətlərini mediaya danışmağı öyrəniblər. Bizim yoxluğumuzu hiss etdirməmək üçün “AzTV” də məcburdur partlamış kanalizasiya borusunu işıqlandırsın”, - o, məhkəmə çıxışlarının birində deyib. 

Beynəlxalq insan hüquqları və mətbuat azadlığı təşkilatları M.Cabbarı "siyasi məhbus" kimi tanıyıb və Azərbaycan hökumətini onu azad etməyə çağırıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İlham Əliyev: “İqtisadi artım templəri çox da böyük deyil”

22 Sentyabr 2026

president.az

Sentyabrın 22-də prezident İlham Əliyev Azərbaycanda iqtisadi artım tempinin yüksək olmadığını bildirib. Mətbuat xidmətinin yaydığı məlumata görə, prezident bu barədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə danışıb. “Ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq, görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız ‘Azəri-Çıraq-Günəşli’ artıq 30 ilə yaxındır istismardadır”, - Əliyev deyib. Prezident qeyri-neft sektorunun inkişafını daha vacib göstərici adlandırıb: “Ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi neft hasilatıdır. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da...
Siyasət

“Toplum TV işi”: Müdafiə tərəfinin vəsatətləri müzakirəyə çıxarılmadan rədd edilib

21 Sentyabr 2026

Toplum TV

Sentyabrın 21-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs 12-15 il həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılıb. Hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfinin verdiyi 8 vəsatətin heç biri müzakirəyə çıxarılmayıb. Müşavirədən qayıdan məhkəmə heyəti vəsatətlərin rədd edildiyini elan edib. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli məhkəmə zalında mikrofonun işləməməsinə etiraz edib və səhhətindəki problemləri xatırladıb: “Mikrofon işləmədiyinə görə ucadan danışmağa məcburam, amma səhhətimə görə ucadan danışa bilmirəm. Mən şərlənib həbsə düşəndən bəri dörd növ xroniki xəstəliyə tutulmuşam. Hazırda da bu vəziyyətim davam edir”. Məmmədli 30 illik hüquq fəaliyyəti ərzində belə məhkəmə prosesi görmədiyini deyərək hakimlərə...

Seçilmiş Videolar

Toplum TV loqo