Siyasət

Nicat İbrahim: “Mənə münasibəti başa düşmürəm,  jurnalist deyiləm, bloger deyiləm, prezidentdən narazılıq bildirmirəm”

4 Fevral, 2025
122

Nicat İbrahim/şəxsi arxiv

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ictimai fəal Nicat İbrahim haqqında ittiham aktını oxuyub. O, Bəhman Əliyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunur. 

Heç kimi bıçaqlamadığını deyən Nicat İbrahim insidentin ötən il sentyabrın 9-da baş verdiyini bildirib. Onun sözlərinə görə, 3-cü mikrorayonda bazarın yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsinə gedib, burada bir kişi ona yaxınlaşaraq, alışqan istəyib. 

"O, cavab gözləmədən mənə hücum etdi. O tərəfdən polislər tökülüşdü. Gözümü tutan kim, ağzımı tutan kim. Olanları görməyim”, İbrahim qeyd edib.

Daha sonra o, Nəsimi Rayon Polis İdarəsinə aparıldığını, özünə və qohumlarına işgəncə verməklə hədələndiyini söyləyib:

“Onlar məni etiraf ifadəsi imzalamağa məcbur ediblər. Buna etiraz əlaməti olaraq dəftərxana bıçağı ilə özümə xəsarət yetirdim. Bundan sonra onlar mənim barəmdə cinayət işi açdılar”.

N.İbrahim ötən il sentyabrın 6-da ailəsi ilə birlikdə Azərbaycandan getmək istədiyini, amma hava limanında təyyarəyə buraxılmadığını, Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə zəng edərək, ölkədən çıxışına qoyulmuş qadağanın səbəbini soruşduğunu da bildirib.

"Mən qəzəbli idim və DİN-in qarşısında özümü yandıracağımı söylədim. Şikayətim 19-cu polis bölməsinə yönləndirildi. Orada məndən niyə özümü DİN-in qarşısında yandırmaq istədiyimi soruşdular. “Səni aeroportdan buraxmayıblar,  get özünü aeraportda yandır" dedilər.

Mənə qarşı bu münasibəti başa düşmürəm. Mən jurnalist deyiləm, bloger deyiləm. Prezidentdən narazılıq bildirmirəm. Əksinə, prezident mənə Laçında ev verib. Biz Laçından məcburi köçkün idik", deyə İbrahim bildirib.

Vəkil Zibeydə Sadıqova Nicat İbrahimin polis bölməsində pis rəftara məruz qalması ilə bağlı şikayətinə baxılması haqqında vəsatət qaldırıb. Məhkəmə şikayəti araşdırılması üçün Nəsimi Rayon Prokurorluğuna göndərib. Növbəti iclas martın 3-nə təyin edilib.

N.İbrahimə qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"

15 Sentyabr 2025
Sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının üzvü Ruslan İzzətli çıxış edib.  15 sentyabrın Bilik Günü olaraq qeyd edilməsinə istinad edən R.İzzətli ittihamlarla üzləşmələrinin və ümumilikdə "Azərbaycandakı ədalətsizliyin təhsilsizliyin nəticəsi" olduğunu vurğulayıb.  "Femida Azərbaycandakı məhkəmələri görsə, göz yaşı tökər. Nəinki müdafiəçilərimiz, heç hakimlər də bizim aqibətimizin nə olacağını bilmir. Hamısı Prezident Administrasiyasından gələcək qərarı gözləyir", - o deyib.  R.İzzətli həbs olunan şəxslərin hökumətlə şəxsi ədavəti olmadığını, sadəcə cəmiyyət üçün çalışdıqlarını deyərək ictimaiyyətə dəstək üçün müraciət edib.  "Əlində smartfon olan hər...
Siyasət

Tramp Rusiyanı "təcavüzkar" adlandırıb

15 Sentyabr 2025

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq Rusiyanı Ukrayna ilə müharibədə "təcavüzkar" adlandırıb.  Sentyabrın 14-də jurnalistlərin suallarına cavab verən Tramp Ukrayna və Rusiyanın itkilərinə toxunaraq deyib:  “Bu həftə hər iki tərəfdən 8 min əsgər həlak olub. Rusiyadan bir az çox adam həlak olub, amma sən təcavüzkar olanda daha çox itki verirsən.” Tramp bundan əvvəl işğala görə Moskvanı qınamaqdan imtina edib. Onun administrasiyası fevral ayında BMT-də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən və Rusiyanı qınayan qətnaməyə qarşı çıxış edib. ABŞ, həmçinin, fevralda "Böyük Yeddilik" ölkələrinin Rusiyanı "təcavüzkar" adlandıran bəyanatına etiraz edib. Tramp apreldə verdiyi açıqlamada müharibəyə görə Ukraynanı günahlandırmışdı.  “Özündən 20 dəfə böyük...

Seçilmiş Videolar

Toplum TV loqo