Siyasət

Ombudsman: “Bəzi şəxslərin ölkədən çıxış hüququ əsassız məhdudlaşdırılır”

11 Mart, 2026
197

Foto: Trend News Agency

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2025-ci il üzrə hesabatında bəzi şəxslərin ölkədən çıxış hüququnun əsassız məhdudlaşdırıldığı halların aşkarlandığı bildirilir. Sənəddə qeyd olunub ki, bu kimi problemlərin aradan qaldırılması üçün Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub.

Sənəddə xatırladılır ki, Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsinə əsasən, vətəndaş Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində qətimkan tədbiri seçildikdə onun ölkədən çıxmaq hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

“Bununla belə, bəzi şikayətlər üzrə aparılmış araşdırmalar zamanı aidiyyəti dövlət qurumları tərəfindən Məcəllənin bu tələbinin pozulduğu müəyyən edilib. Ərizəçi Ə. (6400-25) Ombudsmana müraciət edərək hər hansı əsas olmadan ölkədən çıxmaq hüququnun Daxili İşlər Nazirliyi tərəfindən məhdudlaşdırıldığını, bununla bağlı müraciətlərinə cavab verilmədiyini bildirib”, - hesabatda qeyd olunub.

Hesabata görə, belə halların baş verməsi təkcə funksional problemlərlə deyil, həm də Miqrasiya Məcəlləsində nəzərdə tutulan maddi hüquq normalarının Cinayət-Prosessual Məcəlləsində dəqiq prosessual mexanizmlərlə təsbit olunmaması ilə bağlıdır.

Bununla belə, bəzi hüquq müdafiəçiləri problemi yalnız qanunvericilikdə prosessual mexanizmlərin qeyri-dəqiqliyi ilə izah etmirlər. Onların sözlərinə görə, ölkədən çıxışa qoyulan məhdudiyyətlər xüsusilə 2013-cü il prezident seçkisindən sonra, QHT-lərlə bağlı cinayət işləri zamanı geniş tətbiq olunub və həmin şəxslərin bir qismi işlərdə yalnız şahid qismində keçib. 

Sonrakı illərdə bəzi jurnalist və vətəndaş cəmiyyəti nümayəndələri məhkəmə yolu ilə bu qadağaların ləğvinə nail olsalar da, bu il də bəzi jurnalist və ictimai fəallar ölkədən çıxışlarına məhdudiyyət qoyulduğunu və müraciətlərinin cavabsız qaldığını bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Azərbaycanda siyasi məhbus sayılan şəxslərin beynəlxalq “advokasi” fəaliyyəti ilə bağlı müraciəti

2 Oktyabr 2026

jam-news

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb. Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər. Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik. Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən...
Siyasət

Məmməd Alpay: “Hökumət legitim vətəndaş cəmiyyəti fəaliyyətini cinayət kimi qələmə verir”

1 Oktyabr 2026

sosial media

“QHT işi” üzrə cinayət işi çərçivəsində həbsdə olan hüquq müdafiəçisi, “Seçki Müşahidə” Alyansının direktoru Məmməd Alpay “Abzas Media”ya müsahibə verib. O, müsahibəsində Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitindən, tibbi xidmətə çıxış və məhbusların daşınması ilə bağlı problemlərdən, eləcə də ailəsi ilə açıq görüşlərə qoyulan məhdudiyyətlərdən danışıb. Müsahibəni olduğu kimi təqdim edirik. Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir? Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir. Ən böyük çətinliklərdən biri...

Seçilmiş Videolar

Toplum TV loqo