Foto: EP
Avropa İttifaqı (Aİ) ölkələri növbəti dəfə Rusiyaya qarşı 18-ci sanksiyalar paketi barədə razılığa gələ bilməyib.
İyulun 15-də Brüsseldə bir araya gələn Aİ ölkələrinin xarici işlər nazirlərinin əksəriyyəti razılıq versə də, Slovakiya və Malta buna qarşı çıxıb.
Slovakiya Rusiya qazının Avropaya satışının tamamilə qadağan edilməsindən yarana biləcək zərərə görə Aİ-dən kompensasiya təminatları tələb edib.
Malta isə Rusiya neftinə tətbiq olunan qiymət məhdudiyyətinin sərtləşdirilməsinin tanker donanmasına zərbə vura biləcəyindən narahatlığını bildirib.
Sanksiyalar paketinin müzakirəsi iyulun 16-da Aİ səfirləri səviyyəsində davam edəcək.
Sanksiyaların 18-ci paketi Rusiya neftinə qarşı elastik qiymət tavanının tətbiqi, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin fəaliyyətinə qadağa, eləcə də Rusiya banklarına qarşı yeni məhdudiyyətləri əhatə edir.
Aİ ölkələri daha öncə iyun ayında da paket barəsində razılığa gəlməmişdilər.
Aİ xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas razılığın əldə olunmamasına görə “xeyli qəmgin”, lakin gələcəkdə əldə oluna biləcəyi ilə bağlı “optimist” olduğunu bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Suriya İsrailin hücumları qarşısında Süveydadan qoşunlarını çəkməyə qərar verib
Foto: Getty Images
Foto: Anadolu Ajansı