Siyasət

Paşinyan nəqliyyat dəhlizinin icarəyə verilməsini istisna etmir 

16 İyul, 2025
92

Foto: Reuters

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirəcək dəhlizin ABŞ şirkətinə icarəyə verilməsi təklifinə münasibət bildirib. 

İyulun 16-da mətbuat üçün keçirdiyi brifinqdə danışan Paşinyan bunun Azərbaycanla müzakirə olunan variantlardan sadəcə biri olduğunu deyib. 

Hazırda Ermənistanda xeyli yerdə “autsorsinq” (xidmətlərin bir şirkətə ötürülməsi) tətbiq olunduğunu xatırladan baş nazir bu halların bəzilərinin uğurlu, bəzilərinin isə uğursuz alındığını bildirib. 

“Məsələn, Zvartnots Hava Limanının idarəçiliyi “autsorsinq” edilib. Mən düşünmürəm ki, burada Ermənistanın suverenliyi, yurisdiksiyası və ya ərazi bütövlüyü hansısa şəkildə pozulub. Su təchizatı sisteminin idarəçiliyi də “autsorsinq” olunub. Keçmişdə Haypostun idarəçiliyində də “autsorsinq” təcrübəmiz olub və s. Ermənistanın dəmir yollarının idarəçiliyi də “autsorsinq”ə verilib”, - o qeyd edib. 

“Burada incə bir məqam var: həm Ermənistanın dəmir yolları, həm Zvartnots Hava Limanı, həm də su təchizatı sistemi hələ də Ermənistan Respublikasının mülkiyyətində qalır – bunu qeyd etmək çox vacibdir,” – o əlavə edib. 

Bu konteksdə, Paşinyan Azərbaycanı Naxçıvanla birləşdirəcək və Ermənistan üzərindən keçəcək yol infrastrukturunun icarəyə verilə biləcəyini istisna etməyib. 

“Hazırda, xüsusilə icarə məsələsi, o cümlədən torpaq icarəsi ilə bağlı çoxlu müzakirələr gedir. Mən qeyd etmək istəyirəm ki, Ermənistan qanunvericiliyinə əsasən, mənim indi bəhs etdiyim bu hal tikinti hüququ adlanır. Bu hüququn məntiqinə görə, həmin hüquq çərçivəsində edilən sərmayələr müqavilə müddəti başa çatdıqdan sonra Ermənistanın mülkiyyətində qalır və ya ona keçir,” – deyə baş nazir bildirib.
O, müzakirələrin davam etdiyini və son razılığın hələ əldə olunmadığını deyib. 

İyulun 11-də ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak jurnalistlərə deyib ki, ABŞ sözügedən dəhlizin idarəetməsini yüz illik icarəyə götürə bilər. 
Azərbaycan tərəfi xəbərə hələki münasibət bildirməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Suriya İsrailin hücumları qarşısında Süveydadan qoşunlarını çəkməyə qərar verib 

17 İyul 2025

Foto: Getty Images

Suriya İsrailin hava hücumları qarşısında ölkənin cənubundakı Süveyda şəhərindən qoşunlarını çəkməyə qərar verib.  İyulun 16-da İsrail Dəməşqdə Prezident Sarayı və Müdafiə Nazirliyi də daxil olmaqla hökumət binalarına ardıcıl zərbələr endirib. Suriyanın keçid dövrü hökuməti zərbələr nəticəsində ən az 3 nəfərin öldüyünü bildirib.  İsrail əməliyyatın Suveydadakı druzları – Suriya hökumət qüvvələri ilə ölümcül toqquşmalarda iştirak edən ərəb azlığını – dəstəkləmək məqsədi daşıdığını iddia edib.  ABŞ rəsmilərinin də məsələyə müdaxilə etməsindən sonra Suriya hökuməti Suveydadan çıxmağa və druzlarla atəşkəsə razılaşıb.  İyulun 17-də televiziya ilə çıxış edən Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaara ölkəsinin iki seçim qarşısında qaldığını deyib: “ya druz vətəndaşlarımızın...
Siyasət

İmamoğluna 1 il 8 ay həbs cəzası verildi 

16 İyul 2025

Foto: Anadolu Ajansı

Həbsdə olan İstanbul meri, Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Əkrəm İmamoğluna 1 il 8 ay həbs cəzası verilib.  İyulun 16-da baş tutan məhkəmədə İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlek haqqında dediyi ifadələrə baxılıb.  Məhkəmə İmamoğlunu “hədəf göstərmə” ittihamından bəraətə layiq görsə də, “dövlət qulluqçusuna təhqir” üzrə 1 il 5 ay, “hədələmə” ittihamı üzrə isə 2 ay 15 gün həbs cəzası verib. Ona siyasi fəaliyyət qadağası qoyulmayıb.  "Türkiyə Cümhuriyyəti tarixində belə bir təcrid yoxdur; susdurulan, danışmağa imkan verilməyən, vəsiqəlik şəklindən belə qorxulan bir Əkrəm İmamoğlu var", - mer öz müdafiəsində deyib.  Dövlət ittihamçısı İmamoğlunun 7 il 4 aya qədər həbslə cəzalandırılması,...

Seçilmiş Videolar

Toplum TV loqo