Siyasət

Suriya İsrailin hücumları qarşısında Süveydadan qoşunlarını çəkməyə qərar verib 

17 İyul, 2025
60

Foto: Getty Images

Suriya İsrailin hava hücumları qarşısında ölkənin cənubundakı Süveyda şəhərindən qoşunlarını çəkməyə qərar verib. 

İyulun 16-da İsrail Dəməşqdə Prezident Sarayı və Müdafiə Nazirliyi də daxil olmaqla hökumət binalarına ardıcıl zərbələr endirib. Suriyanın keçid dövrü hökuməti zərbələr nəticəsində ən az 3 nəfərin öldüyünü bildirib. 

İsrail əməliyyatın Suveydadakı druzları – Suriya hökumət qüvvələri ilə ölümcül toqquşmalarda iştirak edən ərəb azlığını – dəstəkləmək məqsədi daşıdığını iddia edib. 

ABŞ rəsmilərinin də məsələyə müdaxilə etməsindən sonra Suriya hökuməti Suveydadan çıxmağa və druzlarla atəşkəsə razılaşıb. 

İyulun 17-də televiziya ilə çıxış edən Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaara ölkəsinin iki seçim qarşısında qaldığını deyib: “ya druz vətəndaşlarımızın qanı bahasına İsraillə açıq müharibə, ya da druz din xadimlərinin ağlını başını yığaraq milli maraqları üstün tutması”.
“Biz müharibədən qorxmuruq, tariximiz xalqımızı müdafiə etmək uğrunda döyüşlərlə doludur, lakin biz suriyalıların rifahını xaos və dağıntılardan üstün tutan yolu seçdik,” – Əl Şaraa bildirib.
O, həmçinin, İsraili Suriya xalqını parçalamağa cəhd etməkdə ittiham edib və druz əhalisinin hüquqlarını qorumağa söz verib.
“Dəfələrlə bizi sabitlikdən çıxarmağa və parçalamağa çalışan İsrail adlanan qurum bir daha torpağımızı xaos meydanına çevirmək və xalqımızın birliyini dağıtmaq istəyir,” – o əlavə edib. 
ABŞ Dövlət katibi Marko Rubio iyulun 16-da bildirib ki, ölkəsi Suriyadakı toqquşmalara son qoymaq üçün münaqişənin bütün tərəfləri ilə əlaqə saxlayıb.
“Bu gecə bu narahatedici və dəhşətli vəziyyətə son qoyacaq konkret addımlar üzərində razılığa gəlmişik. Bunun üçün bütün tərəflərin verdikləri öhdəlikləri yerinə yetirməsi tələb olunur və biz onların məhz bunu edəcəyini tam gözləyirik,” – o, “X” səhifəsində yazıb.
Suriyanın dövlət xəbər agentliyi SANA hökumət qoşunlarının Süveydadan çıxmağa başladığını göstərən video paylaşıb. 
Suriya İnsan Hüquqları Şəbəkəsi iyulun 16-dakı hesabatında hökumət qoşunları ilə druzlar arasındakı bir neçə günlük toqquşmalarda ən az 169 nəfərin öldüyünü və 200 nəfərin yaralandığını xəbər verib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ələsgər Məmmədlinin səhhətinə görə prezidentə müraciət edilib

17 İyul 2025

Foto: VOA

Bir qrup vətəndaş cəmiyyəti nümayəndəsi, jurnalist, hüquq müdafiəçisi “Toplum TV iși” üzrə həbsdə olan media eksperti və hüquqşünas Ələsgər Məmmədlinin səhhəti ilə bağlı prezident İlham Əliyevə müraciət ediblər. Müraciətdə bildirilir ki, 2024-cü il martın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilən Ələsgər Məmmədlinin səhhətində ağırlaşmalar müşahidə olunub. “Tibbi müayinələr nəticəsində onun qalxanvari vəzisində 23 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), qaraciyər, böyrək və pankreasla bağlı ciddi problemlər, həmçinin prostat vəzində kalsinatlar aşkar edilib. Tibbi protokola görə, qalxanvari vəzin ölçüsünün 15 mm-dən böyük olması cərrahi əməliyyatı zəruri edə bilər”, - müraciətdə qeyd olunub. Əlavə olunub ki,...
Siyasət

İmamoğluna 1 il 8 ay həbs cəzası verildi 

16 İyul 2025

Foto: Anadolu Ajansı

Həbsdə olan İstanbul meri, Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Əkrəm İmamoğluna 1 il 8 ay həbs cəzası verilib.  İyulun 16-da baş tutan məhkəmədə İmamoğlunun İstanbul Baş prokuroru Akın Gürlek haqqında dediyi ifadələrə baxılıb.  Məhkəmə İmamoğlunu “hədəf göstərmə” ittihamından bəraətə layiq görsə də, “dövlət qulluqçusuna təhqir” üzrə 1 il 5 ay, “hədələmə” ittihamı üzrə isə 2 ay 15 gün həbs cəzası verib. Ona siyasi fəaliyyət qadağası qoyulmayıb.  "Türkiyə Cümhuriyyəti tarixində belə bir təcrid yoxdur; susdurulan, danışmağa imkan verilməyən, vəsiqəlik şəklindən belə qorxulan bir Əkrəm İmamoğlu var", - mer öz müdafiəsində deyib.  Dövlət ittihamçısı İmamoğlunun 7 il 4 aya qədər həbslə cəzalandırılması,...

Seçilmiş Videolar

Toplum TV loqo