Siyasət

Ramiz Mehdiyevin məhkəməsi başlayıb

21 Sentyabr, 2026
57

sosial media

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Murad Aslanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah olunub.

Məhkəmə işin baxışa təyin edilməsi barədə qərar qəbul edib. Növbəti iclasın tarixi açıqlanmayıb.

Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi açılıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun barəsində dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Bu müddət sonradan bir neçə dəfə uzadılıb.

Həmin ilin noyabrında bu iş üzrə Eldar Əmirov da saxlanılıb. Noyabrın 29-da isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Ali Məclisinin katibi Məmməd İbrahim həbs olunublar.

DTX-nin 2026-cı il əvvəlində işlə bağlı yaydığı açıqlamada R.Mehdiyev, Ə. Kərimli və M.İbrahimlə yanaşı, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun və digər şəxslərin də adları çəkilib. Qurum həmin şəxslərdən bəzilərinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda hakimiyyəti zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişdirmək məqsədilə fəaliyyət göstərdiyini iddia edib.

Əli Kərimli və Məmməd İbrahim konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Onlar ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İlham Əliyev: “İqtisadi artım templəri çox da böyük deyil”

22 Sentyabr 2026

president.az

Sentyabrın 22-də prezident İlham Əliyev Azərbaycanda iqtisadi artım tempinin yüksək olmadığını bildirib. Mətbuat xidmətinin yaydığı məlumata görə, prezident bu barədə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə danışıb. “Ölkə iqtisadiyyatının ümumi inkişafına baxsaq, görərik ki, artım templəri çox da böyük deyil. Bunun təbii səbəbləri var, ilk növbədə, təbii neft hasilatının aşağı düşməsi. Bizim əsas neft yatağımız ‘Azəri-Çıraq-Günəşli’ artıq 30 ilə yaxındır istismardadır”, - Əliyev deyib. Prezident qeyri-neft sektorunun inkişafını daha vacib göstərici adlandırıb: “Ümumi daxili məhsulumuzun 1,2 faiz artmasının səbəbi neft hasilatıdır. Bu, bizi narahat etməməlidir, çünki bundan daha vacib göstərici qeyri-neft sektorunun inkişafıdır. Burada da...
Siyasət

Müşfiq Cabbar üçüncü ildir doğum gününü həbsxanada keçirir

22 Sentyabr 2026

şəxsi arxiv

Sentyabrın 22-si "Toplum TV"nin həbsdə olan redaktoru Müşfiq Cabbarın 40-cı doğum günüdür.  M.Cabbar ardıcıl üçüncü ildir ki, doğum gününü həbsxanada keçirir. O, 2024-cü il martın 6-da "Toplum TV işi" üzrə həbs olunub. Bu il iyulun 27-də iş üzrə oxunan hökmə əsasən, M.Cabbar 13 il müddətinə azadlıqdan məhrum edilib.  Digər təqsirləndirilən şəxslər kimi M.Cabbar da qaçaqmalçılıq daxil olmaqla maliyyə cinayətlərində təqsirli bilinib. Lakin o, bütün ittihamları rədd edib və peşə fəaliyyətinə görə həbs olunduğunu bildirib.  "Biz “Toplum TV” olaraq sadə insanların səsi olmuşuq, hər kəsin problemini işıqlandırmışıq. Bizi həbsə gətirən əsas səbəblər bunlardır. Bu gün yerli TV-lər ara-sıra sosial problemləri efirə...

Seçilmiş Videolar

Toplum TV loqo