Siyasət

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı

2 İyul, 2025
150

Foto: Azərbaycan Xarici İşlər Nazirliyi

İyulun 2-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. 

Nazir müavini Araz Əzimov ilə keçirilən görüşdə son günlərdə Yekaterinburqda azərbaycanlılara qarşı polis basqınları və nəticədə iki şəxsin həlak olması ilə bağlı ciddi narahatlıq ifadə olunub. 

Hadisəyə dair Rusiya tərəfinin açıqlamalarının faktlarla ziddiyyət təşkil etdiyi bildirilib.

Rəsmi Bakı həmçinin Rusiya mediasında “etnik dözümsüzlük” təzahürlərinə və Azərbaycana qarşı aparılan “dezinformasiya kampaniyasına” etirazını ifadə edib. 

Görüşdə Rusiya hüquq-mühafizə orqanlarının “qanunsuz hərəkətlərinə dair obyektiv araşdırma aparılmasının və məsul şəxslərin cəzalandırılmasının vacibliyi” vurğulanıb.

Azərbaycan tərəfi Rusiya hökumətini münasibətlərdəki gərginliyi azaltmaq üçün zəruri addımlar atmağa çağırıb.

Azərbaycan və Rusiya arasında gərginlik ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin Aktauda qəzaya uğramasından sonra başlayıb.
Rəsmi Bakı təyyarənin həmin gün Ukrayna dronlarından qorunan Rusiya hərbi hava qüvvələri tərəfindən vurulduğunu iddia edib. 

İyunun 27-də Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində iki azərbaycanlı öldürülməsi ilə gərginlik pik həddə çatıb.
Əməliyyat çərçivəsində ümumilikdə doqquz azərbaycanlının saxlanıldığı və 10-dan çox mənzildə axtarış aparıldığı bildirilir. 

İyunun 28-də Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Volokovıx hücumlarla əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb və ona “kəskin etiraz” bildirilib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun iyunun sonunda Azərbaycana nəzərdə tutulan səfəri, habelə Rusiya xətti ilə Azərbaycanda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri ləğv olunub.

İyulun 1-də isə Rusiya Bakıda saxlanılan rusiyalı jurnalistlərə görə, Azərbaycan isə Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyata görə nota təqdim ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo