Foto: Ria Novosti
Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev Almaniyanın “sürətli şəkildə” ölkəsi ilə genişmiqyaslı müharibəyə hazırlaşdığını deyib.
Səfir bunu “TASS” agentliyinə müsahibəsində bildirib.
“Əvvəlki Almaniya hökumətinin “dövrləri dəyişmək” siyasətinə “yeni çalarlar” əlavə olunub. Rusiyayla münaqişəyə sürətlə hazırlıq aparılır və bunun üçün böyük maliyyə vəsaiti ayrılır”, - səfir deyib.
Neçayev əlavə edib ki, bu, “son dərəcə təhlükəli və narahatedici meyillərdir” və Rusiya tərəfi bunları çox ciddi şəkildə qəbul edir.
Almaniyanın ötən ay qəbul etdiyi büdcəsinə əsasən, 2029-cu ilə qədər müdafiə xərcləri ölkə iqtisadiyyatının 3,5%-ni əhatə edəcək. İndiyə qədər, bu rəqəm 2% təşkil edirdi.
Almaniyanın ümumi müdafiə xərcləri isə 2025-ci il üçün nəzərdə tutulan 95 milyard avrodan 2029-cu il üçün büdcə çərçivəsində 162 milyard avroya qədər artırılacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Açıq mənbə
Foto: Getty Images
“Toplum TV işi”: Dövlət bizə əməkdaşlıq təklif etdi
“Niyə yazım ki, onsuz da hər kəs hər şeyi bilir”
Ülvi Həsənli müddətsiz aclıq aksiyasına başladığını elan edib
Akif Qurbanov: “Zərdabinin davamçıları həqiqəti yazdığına görə həbsə atılan jurnalistlərdir”
Əliyev: "Rusiyanın təyyarəmizi vurması ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik"