Siyasət

Siyasi məhbus ailələri Tarix Əliyevin üzrünü tələb edirlər

16 İyun, 2025
70

Foto: Sosial media

“Tarix Əliyevin siyasi məhbus ailələrini təhqir etməsi hakimiyyətin direktividir” 

Siyasi məhbus kimi tanınan bir sıra jurnalist anaları ictimaiyyətə müraciət ünvanlayıb. 

Müraciətdə televiziya aparıcısı, “Tolik” ləqəbi ilə tanınan Tarix Əliyevin bu yaxınlarda siyasi məhbus kimi tanınan şəxslərin ailə üzvlərini təhqir etməsinə toxunulub. 

Bəyanatda bildirilir ki, “Tolik” Azərbaycan cəmiyyətində hakimiyyətin qeyri-rəsmi təbliğat simalarından biri kimi çıxış edir və iqtidarın mesajını televiziya üzərindən cəmiyyətə ötürür. 

“Biz, cəmiyyətə bu qədər geniş çıxış imtiyazı ilə təmin olunan bu şəxsin siyasi məhbus ailələrinin ünvanına təhqirlər işlətməsini təsadüfi saymamaqla birlikdə, bu davranışı siyasi hakimiyyətin ona verdiyi direktivlərin tərkib hissəsi olaraq həyata keçirilmiş hücum kimi dəyərləndiririk. Bu səbəbdən, həm Tarix Əliyevi, həm də onun vasitəsilə cəmiyyətə nifrət ritorikası aşılayan siyasi hakimiyyəti bu hadisədə məsuliyyət daşıyan tərəflər kimi tanıyırıq”, - bəyanatda deyilir. 

Ardınca Əliyevin təhqirləri ilə 1937-ci il Stalin repressiyalarında şəxslərin qohumluq əlaqələrinə görə cəzalandırılması arasında analoq olduğu fikri irəli sürülüb. 

“Fərdi siyasi mövqeyinə görə cəzalandırılan şəxsin yaxınlarına qarşı hücumlar, onların cəmiyyətdən təcrid olunmasına yönəlik addımlar həmin repressiv təfəkkürün davamı kimi qiymətləndirilməlidir. Halbuki həbs edilən şəxslərin hər biri hüquqi cəhətdən yetkin, azad iradəyə malik fərdlərdir və onların şəxsi qərarları üçün ailə üzvlərinin məsuliyyət daşıması nə hüquqi, nə də əxlaqi cəhətdən əsaslandırıla bilər”, - müraciətçilər qeyd edib. 

Jurnalist anaları bildirir ki, onlar T.Əliyevin təhqirlərinə hüquqi qiymət verilməsi üçün bu yaxınlarda məhkəməyə müraciət edəcəklər. 

“Tarix Əliyevin bütün siyasi məhbus ailələri qarşısında açıq şəkildə üzr istəməsi tələblərimiz arasındadır. Biz, mövcud hakimiyyəti 1937-dən dərs çıxarmağa, tənqidçilərinə qarşı təhqir və repressiya dili ilə deyil, ləyaqətli və demokratik yollarla cavab verməyə çağırırıq. Azərbaycanın demokratik gələcəyi naminə mübarizəsini həbsxanada davam etdirən övladlarımızın yanında olduğumuzu, onların haqq işinə sonadək dəstək verəcəyimizi bəyan edirik”, - deyə qeyd edilib. 

Bəyanata “Meydan TV işi” üzrə həbsdə olan jurnalistlər Aytac Tapdıq, Aysel Umudova, Ramin Cəbrayılzadə, Fatimə Mövlamlı və Ülviyyə Əlinin anası imza atıb.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

AXCP Daşkəsən şöbəsinin sədri həbs olunub

14 İyun 2025

Foto: Sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən rayon şöbəsinin sədri Ruzi Bağırov iyunun 13-də 30 sutkalıq inzibati qaydada həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli "Facebook" səhifəsində xəbər verib.  Məlumata görə, Bağırov İnzibati Xətalar Məcəlləsinin polisə müqavimət göstərmək maddəsilə həbs olunub. AXCP Daşkəsən şöbəsinin keçmiş sədri Sahib Məmməzadənin ötən il narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edilməsini xatırladan Kərimli bunu "ölkədə repressiyaların miqyasının genişlənməsi kimi" qiymətləndirib.  "Ölkəmizdə siyasi məhbusların sayının 375 nəfəri keçdiyi bir şəraitdə repressiyaları dayandırmağın tək bir yolu var. Rejimin rəqib siyasi düşərgədən hər bir qanunsuz həbsi ümumxalq qınağına məruz qalmalıdır. Xalqımız hər fürsətdə öz iradəsini ortaya...
Siyasət

İsrail dünyadakı bütün səfirliklərini bağlayır

13 İyun 2025

Foto: Reuters

İsrail bütün ölkələrdəki səfirliklərini bağlamaq qərarı verib.  İsrailin Xarici İşlər Nazirliyi verdiyi bəyanatda, həmçinin, konsulluq xidmətlərinin də təmin olunmayacağını bildirib.  Qərarın nə qədər qüvvədə olacağı bəlli deyil.  Nazirlik, həmçinin, ölkə xaricində olan İsrail vətəndaşlarından olduqları məkan barədə forma doldurmalarını istəyib.  2023-cü il oktyabrın 7-də HƏMAS qruplaşmasının İsrailə hücumundan sonra da vətəndaşlardan oxşar forma doldurmaları istənilmişdi və ehtiyatda olan hərbi qulluqçuları qeydiyyata almaq məqsədi daşıyırdı.  İsrail ordusu iyunun 13-ə keçən gecə İrana zərbələr endirib. Zərbələr nəticəsində İranın Tehran, Təbriz, Natanz və Kirmanşah şəhərlərində partlayışlar müşahidə olunub və ordu rəhbərliyindən olan şəxslər və nüvə alimləri öldürülüb.

Seçilmiş Videolar

Toplum TV loqo