açıq mənbədən götürülüb
Dekabrın 12-də Bakı Apellyasiya Məhkəməsində Meydan TV-nin jurnalisti Aysel Umudovanın şikayətinə baxılıb.
Vəkil Aqil Layıcın verdiyi məlumata görə, müdafiə tərəfi məhkəmədən həbs qərarını ləğv etməsini və ya başqa qətimkan tədbiri ilə dəyişdirməsini istəyib. Məhkəmə onun şikayətini təmin etməyib.
A.Layıc Umudovanın səhhətində problemlər olduğunu, onun panik-atakdan əziyyət çəkdiyini, dünən - dekabrın 11-də istintaq təcridxanasında vəziyyətinin pisləşdiyini söyləyib.
Meydan TV-nin 6 əməkdaşı və Ülvi Tahirov dekabrın 6-da saxlanılıblar. Onlar qaçaqmalçılıqda ittiham edilir. Özləri ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə görə həbs edildiklərini deyirlər.
Dünən ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan hakimiyyətini son zamanlar həbs edilən bir çox şəxslə yanaşı Meydan TV əməkdaşlarının da azadlığa buraxılmasına çağırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi isə Blinkenin “vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını” qətiyyətlə pisləyib və rədd edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
AİHM aprel döyüşlərində ölən erməniyə görə 104 min avrodan çox təzminat təyin edib
Açıq mənbə
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Toplum TV
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
İşğaldan azad edilmiş ərazilərə əlavə 420 min nəfər əhali haradan köçəcək?
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”