Siyasət

Hökumət Müsavat Partiyasına təzminat ödəyəcək - AİHM-in qərarı

17 Yanvar, 2025
22

açıq mənbədən götürülüb

Avropa İnsan Hüquqları Məhkəməsi yanvarın 16-da Azərbaycanla bağlı iki qərarını açıqlayıb (Amerikanın Səsi). 

Bu qərarlardan biri Müsavat Partiyasının 2020-ci ildə sərbəst toplaşmaq azadlığının pozulması ilə bağlıdır. Məhkəmə bu haqda iki şikayətə mahiyyəti üzrə baxmağa ehtiyac görməyib. 

İşin kommunikasiyası zamanı Azərbaycan hökuməti AİHM-ə  təktərəfli bəyannamə təklif edib. Bəyannamədə hökumət pozuntuları etiraf edib və kompensasiya verməyi təklif edib. 

Məhkəmənin qərarına görə, hökumət Müsavat Partiyasına iki iş üzrə mənəvi zərər və xərclər əvəzi olaraq 3200 avro təzminat ödəyəcək.

AİHM-in elan etdiyi digər bir qərar mülkiyyət hüququnun pozulması ilə bağlıdır. On bir şikayət ərizəsinin birləşdirildiyi “Cahangirov və başqaları Azərbaycana qarşı”, “Abdullayev və başqaları Azərbaycana qarşı” işləri üzrə tərəflər razılaşma əldə ediblər. 

Hökumət ərizəçilərin hər birinə dəymiş maddi zərərin qarşılığında torpaq sahələri verildiyini bildirib və mənəvi zərər əvəzi ödəməyi təklif edib. Qərardada əsasən, hökumət 11 ərizəçinin hər birinə 4 min avro mənəvi zərər əvəzi və məhkəmə xərclərinə görə ümumilikdə 8800 avro ödəyəcək.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Azər Qasımlının həyat yoldaşı sualları cavablandırmaqdan imtina edib

17 Yanvar 2025

Samirə Qasımlı/şəxsi arxiv

Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı yanvarın 17-də Yasamal Rayon Polis İdarəsində ifadə verib. Həyat yoldaşına qarşı açılmış cinayət işi üzrə dindirildiyini deyən S.Qasımlı bir neçə suala cavab versə də, digərlərini cavablandırmaqdan imtina etdiyini bildirib.  O deyir ki,  yaxın qohuma qarşı ifadə verməməklə bağlı konstitusion hüququndan yararlanıb.  Azər Qasımlı ötən il dekabrın 8-də saxlanıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir.  Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. Azərbaycan hakimiyyəti isə ölkədə heç...
Siyasət

İki gün öncə saxlanılan AXCP fəalına 30 sutka verilib

17 Yanvar 2025

Əsgər Ağasoyun şəxsi arxivi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, yanvarın 15-də saxlanılan  Əsgər Ağasoy polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Bu haqda o, bu gün özü ailəsinə zəng edərək məlumat verib (Turan).  Ə.Ağasoy yaşadığı Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Üstüpü kəndində saxlanılmışdı. AXCP fəalından iki gün idi xəbər almaq mümkün deyildi. Yanvarın 15-də AXCP-nin üç üzvü saxlanılıb. Onların hər üçü barədə 30 sutka həbs qərarı çıxarılıb. AXCP onların sosial şəbəkələrdə yazdıqları tənqidlərə görə həbs edildiklərini bildirir.  Hazırda AXCP-nin 12 üzvü uzunmüddətli həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini bildirir. Hüquq müdafiəçilərinin məlumatına görə, ölkədə 300-dən çox...

Seçilmiş Videolar

Toplum TV loqo