HRW: Ötən il Azərbaycanda repressiyalar, tənqidi səslərin boğulması davam edib
açıq mənbədən götürülüb
Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı açıqladığı qlobal hesabatda Azərbaycana ayrıca bir bölüm ayrılıb (Azadlıq Radiosu).
Hesabatda ötən ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə COP29 Konfransına ev sahibliyi etdiyi dövrdə də Azərbaycan hökumətinin ölkədə tənqidçilərə qarşı repressiyaları dayandırmadığı vurğulanır. Konfransdan öncəki aylarda jurnalistlərin, hüquq müdafiəçilərinin və fəalların həbs edilməsinə diqqət çəkilir.
“Söz, sərbəst toplaşma və təşkilatlanma azadlıqları hüquqlarına müdaxilə olunub, vətəndaş cəmiyyətini iflic edən qanunlar tətbiq edilib. Həbsxanalarda işgəncə və qaba davranış halları da ara verməyib", - hesabatda qeyd olunur.
Təşkilat Azərbaycan hökuməti əsas öhdəlikləri yerinə yetirmədiyindən Avropa Şurası Parlament Assambleyasının ölkənin nümayəndə heyətinin mandatını ratifikasiya etmədiyini də vurğulayır.
Bildirilir ki, keçən il keçirilən növbədənkənar prezident və parlament seçkiləri seçki standartlarına cavab verməyib, tənqidi səslərin boğulduğu və rəqabətin olmadığı ortamda gerçəkləşdirilib.
Təşkilat əvvəllər olduğu kimi 2024-cü ildə də hakimiyyətin tənqidçiləri hədəf aldığını, onlara qarşı yalan və əsassız ittihamlar irəli sürüldüyünü qeyd edir. Hökumət tənqidçilərindən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin, keçmiş diplomat Emin İbrahimovun, iqtisadçı şərhçi Fərid Mehralızadənin, müxalifət fəalı Tofiq Yaqublunun, parlament analizləri təqdim edən saytın təsisçisi İmran Əliyevin və onlayn tənqidçi Famil Xəlilovun həbs olunduqlarını bildirir.
2023-cü ilin iyulunda "saxtakarlıq və ekstremizm" ittihamları ilə həbs edilmiş Qubad İbadoğlunun ötən ilin aprelində ev dustaqlığına buraxıldığı və hələ də ciddi polis nəzarətində qaldığı qeyd olunur.
Bundan başqa, hesabatda azad mətbuatın durumuna da toxunulur. Hakimiyyət orqanlarının ən azı, üç müstəqil media platformasını – Abzas Media-nı, Toplum TV-ni və Kanal 13-ü hədəf aldığı, onların müxbirlərini və digər işçilərini saxta qaçaqmalçılıq ittihamları ilə həbs etdiyi qeyd olunur.
Hesabatda ötən ilin martında Toplum TV ofisinin möhürlənməsi, bütün avadanlıqlarının müsadirəsi, eləcə də Toplum TV ilə əməkdaşlıq edən beş vətəndaş cəmiyyəti və siyasi fəalın - Akif Qurbanovun, Ruslan İzzətlinin, İlkin Əmrahovun, Ramil Babayevin və Ələsgər Məmmədlinin həbsinə diqqət çəkilib.
Qurum saxlanılanlarla qaba davranıldığını və onlara işgəncə verildiyi halların olduğunu bildirir. Polis tərəfindən zorakılığa, işgəncə və pis rəftara məruz qalmalarıyla bağlı Fazil Qasımovla İmran Əliyevin ifadələrinə diqqət çəkilir. Həbsdə olan jurnalist Ülvi Həsənlinin təcridxanada, ən azı, 58 işgəncə və ya qaba davranış halını sənədləşdirməsi ayrıca vurğulanır.
Hesabatda 2024-cü ilin oktyabrınadək Tərtər hadisələrində hərbçilərə işgəncə verilməsinə görə 18 hərbi qulluqçunun həbs edildiyi bildirilir.
Eyni zamanda, Azərbaycanın Avropa Şurasının İşgəncələrin və Qeyri-insani və ya Ləyaqəti Alçaldan Rəftar və Cəzaların Qarşısının Alınması Komitəsi (CPT) ilə əməkdaşlıqdan boyun qaçırdığı qeyd olunmaqla yanaşı hakimiyyətin bu addımı Avropa İşgəncələrin Qarşısının Alınması Konvensiyasının "əsaslı və misli görünməmiş pozuntusu" kimi qiymətləndirilir.
Azərbaycan rəsmiləri sözügedən hesabata münasibət bildirməyiblər.
Rəsmi Bakı adətən bu cür tənqidləri qərəzli sayır, ölkədə təməl insan haqları və azadlıqlarının təmin edildiyini, heç kimin siyasi mövqe və baxışlarına görə təqib olunmadığını bidlirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Samirə Qasımlı/şəxsi arxiv
Əsgər Ağasoyun şəxsi arxivi
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib