Siyasət

İki gün öncə saxlanılan AXCP fəalına 30 sutka verilib

17 Yanvar, 2025
29

Əsgər Ağasoyun şəxsi arxivi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, yanvarın 15-də saxlanılan  Əsgər Ağasoy polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. Bu haqda o, bu gün özü ailəsinə zəng edərək məlumat verib (Turan). 

Ə.Ağasoy yaşadığı Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Üstüpü kəndində saxlanılmışdı. AXCP fəalından iki gün idi xəbər almaq mümkün deyildi.

Yanvarın 15-də AXCP-nin üç üzvü saxlanılıb. Onların hər üçü barədə 30 sutka həbs qərarı çıxarılıb.

AXCP onların sosial şəbəkələrdə yazdıqları tənqidlərə görə həbs edildiklərini bildirir. 

Hazırda AXCP-nin 12 üzvü uzunmüddətli həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini bildirir.

Hüquq müdafiəçilərinin məlumatına görə, ölkədə 300-dən çox siyasi məhbus var. 

Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbus olması ilə bağlı tənqidləri qərəzli hesab edir, həmin şəxslərin siyasi fəaliyyətlərinə görə deyil, törətdikləri əmələ görə mühakimə olunduqlarını bildirir. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Azər Qasımlının həyat yoldaşı sualları cavablandırmaqdan imtina edib

17 Yanvar 2025

Samirə Qasımlı/şəxsi arxiv

Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı yanvarın 17-də Yasamal Rayon Polis İdarəsində ifadə verib. Həyat yoldaşına qarşı açılmış cinayət işi üzrə dindirildiyini deyən S.Qasımlı bir neçə suala cavab versə də, digərlərini cavablandırmaqdan imtina etdiyini bildirib.  O deyir ki,  yaxın qohuma qarşı ifadə verməməklə bağlı konstitusion hüququndan yararlanıb.  Azər Qasımlı ötən il dekabrın 8-də saxlanıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir.  Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. Azərbaycan hakimiyyəti isə ölkədə heç...
Siyasət

Fərid İsmayılov barədə 2 ay 20 gün həbs qətimkan tədbiri seçildi

17 Yanvar 2025

Toplum TV

Xətai rayon Məhkəməsinin qərarı ilə Fərid İsmayılov barəsində aprelin 6-dək həbs qətimkan tədbiri seçilib. *** Toplum TV-nin jurnalisti Fərid İsmayılov saxlanılıb. Bu dəqiqələrdə o, məhkəməyə çıxarılır.  Jurnalisti yanvarın 17-də günün birinci yarısında polis əməkdaşları evində saxlayaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıblar.   Onunla yanaşı kirayədə qaldığı otaq yoldaşının da saxlanıldığı bildirilir.  Fərid İsmayılov “Toplum TV işi” üzrə təqsirləndirilən 9 nəfərdən biri idi. 7 nəfər haqda məhkəmə həbs qətimkan tədbiri seçsə də, Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilmişdi. Bu gün vəkillərə bildirilib ki, “Toplum TV işi” üzrə istintaq yekunlaşıb və təqsirləndirilən şəxslərə əlavə altı ittiham verilib.  Bir ay...

Seçilmiş Videolar

Toplum TV loqo