Siyasət

“Toplum TV işi” üzrə ittihamlar ağırlaşdırıldı (YENİLƏNİR)

17 yanvar, 2025
1481

Toplum TV

“Toplum TV işi” üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2,  193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə yeni ittihamlar irəli sürülüb.  

 

Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (vergiləri  ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

İndiyədək "ToplumTV işi" üzrə həbs olunanlar CM-nin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdilər.

Həmin  ittihamla 8 ilədək həbs cəzası verilməsi mümkün idisə, indi cəza müddəti 12 ilə çata bilər.

Həmin iş üzrə təqsirləndirilən şəxslərdən biri, III Respublika Platformasının heyət üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı Facebook hesabında yazır:

“Maddələr demək olar ki, "Abzas Media işi" ilə eynidir. Abzas Media işindən fərqli maddə yalnız 162-1 (əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi) maddəsidir.

Ruslan kimi hara işə götürüb ?! bu uydurma ittihamlara bu hakimiyyətdən başqa inanan yoxdur. heç onlar da inanmır. sadəcə şər böhtan maşını olaraq bütün işıqlı insanların azadlıqlarını bacardıqları qədər əllərindən almaqla məşğuldurlar”.

“Toplum TV işi” üzrə 9 nəfərə cinayət işi açılıb. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, 2 nəfər polis nəzarətinə verilib. Onlar ilkin olaraq qaçaqmalçılıqda  ittiham edilirdilər.

Bu iş üzrə saxlanılanlar ittihamları rədd edir,  hakimiyyətin sifarişi hesab edirlər.

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Gələn il azad edilmiş ərazilərin bərpasına 3,4 milyard manat ayrılacaq

4 noyabr 2026

sosial media

2027-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 3 milyard 422 milyon manat ayrılması nəzərdə tutulur. APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri üçün ümumilikdə 5,3 milyard manat nəzərdə tutulub. Bu məbləğin 3,4 milyard manatdan çoxunun işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramının icrasına, şəhər və kəndlərin yenidən qurulmasına, eləcə də infrastrukturun yaradılmasına yönəldilməsi planlaşdırılır. Digər investisiya xərcləri üçün isə 1,9 milyard manat ayrılması proqnozlaşdırılır. Ayrılacaq...
Siyasət

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan edib

4 noyabr 2026

sosial media

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan edib və onların ölkəyə girişinə qadağa qoyub. APA-nın məlumatına görə, qərar həmin şəxslərin media və sosial şəbəkələrdə Azərbaycanla bağlı çağırışlar səsləndirməsi iddiası ilə əlaqələndirilib. “Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsasız sərt ittihamların, təhqiramiz ifadələrin, habelə qeyri-qanuni çağırışların artdığı müşahidə olunur. Müxtəlif səviyyəli din xadimləri, parlament üzvləri, ekspertlər, media nümayəndələri tərəfindən Azərbaycanın suverenliyi, təhlükəsizliyi, dövlət-din münasibətləri, ölkənin idarəçilik sistemi və s. hədəf götürülür, dini radikalizm təşviq olunur, dini nifrət və düşmənçiliyin qızışdırılmasına cəhd olunur, həmçinin hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar edilir”, - məlumnatda deyilir. Məlumata əsasən, siyahıya...

Seçilmiş Videolar

Toplum TV loqo