Tofiq Yaqublu: “Milyonlarla manatlıq korrupsiyaya görə Səhhət Həbibbəyliyə şərti cəza verilir, Tofiq Yaqublu həbsdə saxlanılır”
Sosial media hesabı
Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun məhkəməsi davam edir. Yanvarın 17-də məhkəmə yenə sənədləri tədqiq edib.
Tofiq Yaqublu bir daha bildirib ki, zərərçəkən Elşən Hüseynovla digər təqsirləndirilən şəxs Elnur Məmmədov arasındakı hazırda tədqiq olunan Whatsapp danışıqları quramadır, onun sifarişli həbsi üçün müstəntiq Abdulla Cəlilli tərəfindən hazırlanıb:
“İkisi arasındakı saxta Whatsapp dialoqunda bir yerdə Elnur Elşənə deyir ki, qardaş, narahat olma, gedəcəksən, getməmişdən əvvəl bir qonaqlıq təşkil edərsən, mən də yuxarı başda oturaram. Adam xəstəlikdən ölürsə, təcili getməlidirsə, Elnur ona “get, sağ-salamat gəl, sonra qonaqlıq təşkil edərsən” deməməliydi. Ölümcül xəstəlikdən əziyyət çəkən, sağ qalıb-qalmayacağı bəlli olmayan adam başqa ölkəyə gedəndə niyə qonaqlıq verməliydi ki? Adam İlham Əliyevin darmadağın etdiyi ölkədən gedir…”
Hakim Elnur Nuriyev onun sözünü kəsir: “Kənara çıxmayın, ittiham üzrə danışın”.
T.Yaqublu: - Düz ortasından deyirəm. Elnur Məmmədov sizi dolayıb, sizinsə emosiyanız yerindən tərpənmir. Siz necə səbrlə buna qulaq asırsınız?
Hakim: - Məni heç kim dolaya bilməz.
T.Yaqublu: - Müstəntiq bu işi sizə göndərməklə artıq sizi dolayıb. Mən burada son söz çıxışımda bu saxta cinayət işini darmadağın edəcəm, sizin mənə deməyə sözünüz olmayacaq. Gəlib deyəcəksiniz ki, əcəb edirəm, sizə 10 il cəza verirəm.
Tofiq Yaqublu vəsatət verərək 16 noyabr və 8 dekabr 2023-cü il tarixlərdə Elnur Məmmədovla məhkəmə qarşısındakı görüntülərinə baxış keçirilməsi üçün ona və vəkillərinə şərait yaradılmasını istəyib. Vəsatət təmin olunub.
İkinci vəsatət isə Yaqublu barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığıyla əvəz edilməsinə dair olub.
“165 ailənin şikayətçi olduğu Pənah Kərimovu ev dustaqlığına buraxdığınızı bilirəm. Mən nəyə görə heç bir cinayət törətmədiyim halda həbsdə olmalıyam? 13 aydır ki, həbsdəyəm. Halbuki qanunla nəinki 13 ay, heç 13 saat, 13 dəqiqə də həbsdə qalmamalıyam. Naxçıvandakı milyonlarla korrupsiya faktına görə Səhhət Həbibbəyliyə şərti cəza verirlər, bir qaziyə, qazi atasına, milli qəhrəmanlığa iki dəfə təqdimat alan Tofiq Yaqublunu isə həbsdə saxlayırlar. Heç bir cinayət törətmədiyim halda həbsdə saxlanılmağım böyük qanunsuzluqdur”, Yaqublu vəsatətini belə əsaslandırıb.
Vəkil Nemət Kərimli də məhkəməyə bildirib ki, həbs-qətimkan tədbiri istintaq zamanı seçilib, istintaq çoxdan tamamlandığı üçün Yaqublunun həbsdə qalmasına əsaslar yoxdur. Hakim vəsatəti təmin etməyib.
Növbəti məhkəmə iclası yanvarın 31-nə təyin olunub.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
Tofiq Yaqublu bu iddiaları qəbul etmir və həbsinin siyasi sifariş, ittihamların isə saxta olduğunu bildirir.
Azərbaycan rəsmiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Fazil Qasımovun məhkəməsində vəkil DİN əməkdaşından soruşur: “Tapançası olan təhlükəli şəxsin əllərini niyə qandallamamısınız?”
Açıq mənbədən götürülüb
“Mən yalnız qol çəkmişəm, pul görməmişəm” - 42 milyon manatı mənimsəməkdə təqsirləndirilən keçmiş hərbçinin məhkəməsində
unikal.az
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib