Samirə Qasımlı/şəxsi arxiv
Siyasi Menecment İnstitutunun həbsdə olan rəhbəri Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı yanvarın 17-də Yasamal Rayon Polis İdarəsində ifadə verib.
Həyat yoldaşına qarşı açılmış cinayət işi üzrə dindirildiyini deyən S.Qasımlı bir neçə suala cavab versə də, digərlərini cavablandırmaqdan imtina etdiyini bildirib. O deyir ki, yaxın qohuma qarşı ifadə verməməklə bağlı konstitusion hüququndan yararlanıb.
Azər Qasımlı ötən il dekabrın 8-də saxlanıb. O, Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham olunur. Özü ittihamı rədd edir, siyasi fəaliyyətinə görə həbs edildiyini bildirir.
Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirirlər.
Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi mövqeyinə görə təqibə və təzyiqə məruz qalmadığını, siyasi məhbus kimi təqdim edilən şəxslərin törətdikləri əmələ görə məsuliyyətə cəlb olunduqlarını bəyan edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Əsgər Ağasoyun şəxsi arxivi
Toplum TV
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?
Təqsirləndirilən şəxs məhkəmədə Qubad İbadoğlunun əleyhinə ifadə verib