Dünya

İsrail və HƏMAS atəşkəs razılaşmasını rəsmən imzaladılar 

17 Yanvar, 2025
24

sosial media

İsrail hökumətində istefalar gözlənilir

İsrail və HƏMAS Qəzzada atəşkəs və girovların azad edilməsi haqqında sazişi imzalayıblar. Rəsmi mərasim Qətərin paytaxtı Dohada baş tutub (https://www.axios.com/2025/01/17/gaza-israel-ceasefire-hostage-deal-signed).  

Amma şənbə İsraildə şabbat (istirahət) günü olduğu üçün İsrail hökumətində sazişlə bağlı səsvermə sabah axşam saatlarında keçiriləcək. 

Bu o deməkdir ki, atəşkəsin başlaması və ilk üç girovun azad edilməsi ən azı bazar ertəsinə qədər təxirə düşəcək.

İsrailin Nazirlər Kabineti razılaşma sənədinə dünən səhər səs verməli idi, amma Doha danışıqlarında son dəqiqələrdə yaranmış fikir ayrılığı sazişin rəsmi imzalanmasını bir gün gecikdirib.

İsrail və ABŞ rəsmiləri bildiriblər ki, HƏMAS siyahıdakı bəzi adların çıxarılmasını və onların yerinə terror aksiyalarının təşkilinə görə bir neçə ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin adlarının əlavə olunmasını tələb edib.

Daha əvvəl İsrail həmin şəxslərin azadlığa buraxılmasına mane olmaq üçün müqavilə çərçivəsində ona verilmiş veto hüququndan istifadə edib, amma HƏMAS danışıqlarda bu tələbi yenidən gündəmə gətirib.

Prezident Baydenin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett Makqurk, seçilmiş prezident Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff və Qətər və Misirdən olan vasitəçilər bu problemi həll etmək üçün Dohada saatlarla çalışıblar.

Hətta məsələ həll olunandan sonar da müqavilənin rəsmi şəkildə imzalanmasına daha bir neçə saat vaxt lazım olub.

Məlumatlı mənbə bildirib ki, sazişi İsrail, Qətər və HƏMAS rəsmiləri imzalayıblar. ABŞ tərəfindən sazişi Brett Makqurk imzalayıb.

Dohada razılaşmayla bağlı danışıqlar davam edərkən Netanyahunun ultra-millətçi koalisiya tərəfdaşları - maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri Itamar Ben Qvir razılaşmanın əleyhinə səs verəcəklərini bildiriblər.

Netanyahu dünən Smotriçlə görüşüb, onu istefa verməməyə çağırıb. 

Ben Qvir mətbuat konfransı keçirərək bildirib ki, İsrail Nazirlər Kabineti razılaşmanı təsdiqləyəcəyi təqdirdə istefa verəcək və partiyası hökumət koalisiyasından çıxacaq. Qvir deyib ki, razılaşmanın birinci mərhələsindən - 42 günlük atəşkəsdən sonra İsrail Qəzzada hərbi əməliyyatları bərpa edərsə, koalisiyaya qayıtmağa hazır olacaq.

“Likud” partiyası bəyanat yayaraq Ben Qviri tənqid edib, onu sağçı hökuməti devirmək cəhdində günahlandırıb.

Bəyanatda qeyd olunub ki, razılaşmada ABŞ İsrailə müharibəni davam etdirməyə və ABŞ-dan silah almağa zəmanət verib.

Trampın milli təhlükəsizlik müşaviri Mayk Uolts (Mike Walz) çərşənbə günü CNN-ə bildirib ki, HƏMAS razılaşmanın hər hansı hissəsindən geri çəkilərsə, ABŞ İsrailin yanında olacaq və bu, Netanyahuya aydın şəkildə çatdırılıb.  

Uolts həmçinin bildirib ki, Tramp administrasiyası Qəzzanın demilitarizasiyasını və HƏMAS-ın məhvini təmin edəcək.

İsrail-HƏMAS razılaşmsına əsasən, altı həftəlik birinci mərhələnin ilk günündən başlayaraq girovlar mərhələli şəkildə azad ediləcək. Əvvəlcə uşaqlar, qadınlar, 50 yaşdan yuxarı kişilər və yaralı və ya xəstə kişilər də daxil olmaqla, 33 girov azad ediləcək. İsrail onların əksəriyyətinin sağ olduğunu təxmin edir.

Bu mərhələdə İsrail ordusu tədricən İsrail sərhədinə yaxın bufer zonaya çəkiləcək, Qəzza zolağının mərkəzində yerləşən Netzarim dəhlizini və Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yerləşən Filadelfi dəhlizinin böyük hissəsini tərk edəcək.

Birinci mərhələsində fələstinlilərin də Qəzzanın şimalına qayıtmasına icazə veriləcək. Piyada gedənlər təhlükəsizlik yoxlanışından keçməyəcək, amma Qəzzaya ağır silahların aparılmaması üçün nəqliyyat vasitələri Qətər və Misir rəsmiləri tərəfindən yoxlanılacaq.

Birinci mərhələdə həmçinin 700-dən çox fələstinli, o cümlədən israilliləri öldürməkdə günahlandırılan və ömürlük həbs cəzası çəkən 275 məhbus azad ediləcək. Bundan başqa, İsrail ordusu tərəfindən saxlanılan, amma 7 oktyabr hücumunda iştirak etməmiş daha min fələstinli də azad ediləcək.

 

İsrail rəsmisi bildirib ki, azad ediləcək məhbusların dəqiq sayı HƏMAS-ın azad edilcəyi girovların neçəsinin sağ olduğu öyrəniləndən sonra müəyyən ediləcək.

Atəşkəsin ilk günündən etibarən hər gün Qəzzaya 50-si yanacaq maşını olmaqla, humanitar yardım daşıyan 600 yük maşını daxil olacaq. Bundan başqa, Qəzzada qaçqın düşmüş fələstinlilərə 200 min çadır və 60 min mobil ev şatdırılacaq.

Sazişə görə, Qətər, Misir və ABŞ razılaşmanın həyata keçirilməsinin təminatçısı qismində çıxış edəcəklər.

Atəşkəsin 16-cı günündə İsrail və HƏMAS qalan girovların azad edilməsi, daimi atəşkəs və İsrailin Qəzzadan tam çıxmasını nəzərdə tutan ikinci mərhələsi üzrə danışıqlara başlayacaqlar.

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Gürcüstan müxalifətçiləri Trampın andiçmə mərasiminə dəvət olunublar

17 Yanvar 2025

sosial media

Tbilisidə Avropa yönlü etirazlar davam edir. Dünən İctimai Televiziyanın qarşısına toplaşan minlərlə insan iki tələb irəli sürüblər. var: “Batumelebi” və “Netgazeti” nəşrlərinin direktoru Mzia Amaqlobelinin azadlığa buraxılması və “kanalın işinə obyektivliyi qaytarmaq üçün” İTV-nin direktoru Vasil Maqlaperidzenin işdən çıxarılması. Mzia Amaglobeli yanvarın 13-də Batumidə keçirilən etiraz aksiyası zamanı saxlanılıb. O, Batumi polis rəisi İrakli Dqebuadzeyə hücum etməkdə ittiham olunur, onu 4 ildən 7 ilə qədər həbs cəzası gözləyir. İndiyə qədər etirazçılara qarşı 50-dən çox cinayət işi açılıb, onların hamısına qarşı bir neçə illik həbs cəzası  nəzərdə tutan ittihamlar irəli sürülüb. Amerikalı konqresmenlər müxalifətin “Güclü Gürcüstan” koalisiyasının liderlərini Donald Trampın andiçmə...
Dünya

Navalnının vəkillərinə hökm oxundu

17 Yanvar 2025

reuters

Mərhum siyasətçi Aleksey Navalnının üç vəkili - Vadim Kobzev, Aleksey Liptser və İqor Serqunin ekstremist qruplaşmada iştiraka görə 3,5 ildən 5,5 ilədək müddətə azadlıqdan məhrum ediliblər. Bundan başqa, onlar cəzalarını çəkəndən sonra üç il ərzində vəkillik fəaliyyəti məşğul ola bilməzlər (https://www.bbc.com/russian/articles/cdr0k30j8vlo?ocid=wsrussian.social.in-app-messaging.telegram..russiantelegram_.edit). Hökm Vladimir vilayətinin Petuşinski rayon məhkəməsi tərəfindən çıxarılıb. Məhkəmə qapalı keçirilib. Vəkillər ekstremist icma yaratmaqda ittiham olunan Navalnıya “bu icmanın rəhbəri və direktoru funksiyalarını yerinə yetirmək üçün öz statuslarından istifadə etmək”də ittiham olunublar. İttiham tərəfinin iddiasına görə, vəkillər mütəmadi olaraq məhbusdan tərəfdaşlarına mesajlar ötürüblər. “Mediazona”nın  yazdığına görə, üç vəkildən yalnız İqor Serqunin günahını etiraf edib. Prokuror onun üçün ümumi...

Seçilmiş Videolar

Toplum TV loqo