Siyasət

Fərid İsmayılov barədə 2 ay 20 gün həbs qətimkan tədbiri seçildi

17 Yanvar, 2025
408

Toplum TV

Xətai rayon Məhkəməsinin qərarı ilə Fərid İsmayılov barəsində aprelin 6-dək həbs qətimkan tədbiri seçilib.

***

Toplum TV-nin jurnalisti Fərid İsmayılov saxlanılıb. Bu dəqiqələrdə o, məhkəməyə çıxarılır. 

Jurnalisti yanvarın 17-də günün birinci yarısında polis əməkdaşları evində saxlayaraq Bakı şəhər Baş Polis İdarəsinə (BŞBPİ) aparıblar.  

Onunla yanaşı kirayədə qaldığı otaq yoldaşının da saxlanıldığı bildirilir. 

Fərid İsmayılov “Toplum TV işi” üzrə təqsirləndirilən 9 nəfərdən biri idi. 7 nəfər haqda məhkəmə həbs qətimkan tədbiri seçsə də, Fərid İsmayılov və Elmir Abbasov polis nəzarətinə verilmişdi.

Bu gün vəkillərə bildirilib ki, “Toplum TV işi” üzrə istintaq yekunlaşıb və təqsirləndirilən şəxslərə əlavə altı ittiham verilib. 

Bir ay öncə Fərid İsmayılov Bakı şəhər Baş Polis İdarəsinə çağrılmışdı. O zaman ona “ağıllı ol” deyə xəbərdarlıq edilmişdi. 

“Toplum TV işi” üzrə təqsirləndirilən, polis nəzarətinə verilən Elmir Abbasov ittihamla tanış olmaq üçün Bakı şəhər Baş Polis İdarəsinə çağrılıb.

Bu iş üzrə ittiham ağırlaşdırılıb, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (vergiləri  ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

İndiyədək "ToplumTV işi" üzrə həbs olunanlar CM-nin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdilər.

Həmin  ittihamla 8 ilədək həbs cəzası verilməsi mümkün idisə, indi cəza müddəti 12 ilə çata bilər.

“Toplum TV işi üzrə” təqsirləndirilən şəxslər III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev, Elmir Abbasovdur.  


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Ruslan İzzətli oğluna məktub yazıb: Nə sənin getdiyin yerdə təhsil, nə də mənim getdiyim yerdə ədalət var

14 Sentyabr 2025

Foto: sosial media

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından oğluna məktub yazıb: Əziz oğlum, 15 sentyabr - təxminən eyni vaxtda ikimiz də mahiyyətcə toplumu, dövləti inkişaf etdirəcək, ayaqda tutacaq fərqli qurumlara gedəcəyik: sən təhsil ocağı məktəbə, mən isə ədalətin qoruyucusu olan məhkəməyə. Niyə mahiyyətcə deyirəm? Çünki sivil ölkə və cəmiyyətlərdə bu iki qurum cəmiyyətin əsas sütularıdır. Amma təəssüf ki, məmləkətimiz elə bir vəziyyətə salınıb ki, nə sənin getdiyin yerdə təhsil, nə də mənim getdiyim yerdə ədalət var. Etatizmin getdikcə gücləndiyi məmləkətimizdə hər iki qurum bilərəkdən korrupsiya bataqlığında boğulur. Çünki anlayırlar ki, təhsilin və ədalətin mövcud olduğu ölkədə istədikləri...
Siyasət

Britaniya daha bir azərbaycanlıya sanksiya tətbiq edib 

12 Sentyabr 2025

Foto: açıq mənbə

Böyük Britaniya Rusiyanın Ukraynanı işğalı ilə əlaqədar daha bir azərbaycanlıya sanksiya tətbiq edib.  Sentyabrın 12-də Britaniya hökumətinin saytında dərc olunan 100 yeni sanksiya Rusiya prezidenti Vladimir Putinin "gəlir mənbələrini məhdudlaşdırmağı" hədəfləyir.  Sanksiyalar Rusiya neftini daşıyan 70-dən çox gəmi və Rusiya ordusunun təchizatına kömək edən 27 şirkət və 3 şəxsə qarşı tətbiq olunur.  Şəxslər arasında Türkiyədə yerləşən "Mastel Makina" şirkətinin azərbaycanlı direktoru Şanlıq Şükürov da var. Digər iki şəxs isə Çində yerləşən "Shenzhen Blue Hat" şirkətinin rusiyalı sahibləri Elena Malitsikaya və Aleksey Malitskidir.  Bəyanatda göstərilir ki, bu şəxslərin rəhbərlik etdiyi şirkətlərin istehsal etdiyi elektronik avadanlıqlar "Putinin Ukrayna xalqını öldürmək üçün qəddarcasına...

Seçilmiş Videolar

Toplum TV loqo