Siyasət

İlham Əliyev: “Azərbaycan mediası heç 1 faiz də xaricdən maliyyələşə bilməz”

18 Dekabr, 2024
8

açıq mənbədən götürülüb

Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya” qurumuna verdiyi müsahibədə Cənubi Qafqazda sabitlik məsələsinə də toxunub; deyib ki, Azərbaycan Gürcüstanda sabit siyasi vəziyyətin olmasında maraqlıdır: “Əsrlər boyu xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayıb, ona görə də Gürcüstanda sabitliyin pozulması və ya pozulmasına cəhd  təhlükəsi Azərbaycan üçün olduğu kimi Gürcüstan üçün də zərərlidir. Yenə xarici təsirlər məsələsinə qayıdıram. Məlum olub ki, Gürcüstanda Qərbdən maliyyələşən minlərlə qeyri-hökumət təşkilatları fəaliyyət göstərir və bu təşkilatlarda işləyən və ya maaş alan adamların sayı on minlərlədir, hətta daha çoxdur. Amma biz bunu tənzimləmişik. Biz bilirik bu nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun - istər Azərbaycanın, istərsə də xarici qurumun verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”. “Azərbaycan mediası heç 1 faiz də xaricdən maliyyələşə bilməz. Biz ABŞ-də media maliyyələşdirmirik. Niyə onlar bizim medianı maliyyələşdirməlidirlər?! Lazım deyil. Onlar “Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar, Ermənistan üzərində qələbəmizə kölgə salırlar” – Əliyev belə deyib.

Prezident Qərb KİV-lərində Azərbaycan haqda yazılanları saxta xəbər kampaniyası adlandırıb.  “The Washington Post”, “The New York Times”, “Le Figaro”, “Le Monde” – bu yalançı dördlük hər gün Azərbaycana qarşı məqalələr yayımlayıb. Bu xəbərlər bizə çətinlik yaratmadı. Bu cür xəbərlər sadəcə ikrah hissi yaradır”.

Azərbaycanda son 1 ildə müstəqil mediaya qarşı repressiyalar total şəkildə davam etdirilir (“Meydan TV”). 

 

AbzasMedia işi”

Azərbaycanda dövlət rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.  2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. 

2024-cü il mayın 31-də isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb.  İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.  Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib. Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb. 

 

“Toplum TV işi”

2024-cü il martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) ofisində polisin axtarışı olub və qapısı möhürlənib. Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib. Həbs olunanlar arasında “Toplum TV” kanalın təsisçisi Ələsgər Məmmədli, kanalın video-redaktoru Müşfiq Cabbar, III Respublika Platformasının spikeri Akif Qurbanov, Qurucu Heyət üzvü Ruslan İzzətli, IDI əməkdaşları  Əli Zeynal, İlkin Əmrahov və Ramin Babayev də var. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.  İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.  Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır. Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20-yə yaxın jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.  Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. 

 

“Meydan TV işi”

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.  Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.  Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.  Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.  Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.  Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər. Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti verəcək.  Meydan TV rəhbərliyi bəyanat yayaraq qeyd edib ki, polis tərəfindən səslənən ittihamlar əsassızdır və jurnalistlərin saxlanması qanunsuz, eyni zamanda müstəqil mediaya qarşı repressiyadır.  2023-cü ilin noyabrından Azərbaycanda onlarla jurnalist “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.  Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları ittihamları uydurma hesab edir və jurnalistlərin dərhal azadlığa buraxılmasına çağırır.  Meydan TV zaman-zaman hakimiyyətin təzyiqləri ilə üzləşib.  2015-ci ildə “Meydan TV” haqqında cinayət işi açılıb, əməkdaşı Şirin Tire (Abbasov) 30 sutka həbs olunub, kanalla əməkdaşlıq edən jurnalistlərin ölkədən çıxışına qadağa qoyulub.  Avropa Məhkəməsinin qərarı ilə hökumətin jurnalistlərə qoyduğu ölkədən çıxış qadağası qanunsuz sayıldığına görə Azərbaycan hökuməti 2019-cu ildə bu qadağanı aradan qaldırmağa məcbur olub.  2017-ci ildə ölkə ərazisində “Meydan TV”-nin saytına blok qoyulub.  Kanalın sosial şəbəkə hesabları bir neçə dəfə kiberhücuma məruz qalıb.  Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Azərbaycanda hazırda 300-dən artıq siyasi məhbusun olduğunu deyirlər. 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Jurnalistləri Müdafiə Komitəsi “AbzasMedia” jurnalistlərinə qarşı ittihamları ləğv etməyə çağırır

18 Dekabr 2024

Abzas

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini dekabrın 17-də məhkəmə araşdırması başlamış “AbzasMedia” jurnalistlərinə və “AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb. ““AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadə və Azərbaycanın antikorrupsiya araşdırmaları üzrə ən tanınmış media orqanı “AbzasMedia”nın altı üzvünün məhkəməsi Azərbaycan hökumətinin ötən bir ildə ölkənin aparıcı müstəqil jurnalistlərinin böyük hissəsini həbs etmək üçün qisas xarakterli cinayət ittihamlarından istifadə etməsinin təcəssümüdür” - CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said belə deyib. Ötən ilin noyabr ayından etibarən “AbzasMedia işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı və Fərid Mehralızadə həbs ediliblər. Əvvəlcə...
Siyasət

Əvəz Zeynallının həbs müddəti azaldıldı

18 Dekabr 2024

açıq mənbədən götürülüb

Dekabrın 18-də Ali Məhkəmədə “Xural TV”-nin təsisçisi Əvəz Zeynallı və “Sada TV”-nin rəhbəri Elnur Şükürovun kassasiya şikayətinə baxılıb. Zeynallı barəsində çıxarılmış 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 2 ay azaldıb. İşin digər fiqurantı, 4 il müddətinə həbs edilmiş Elnur Şükürovun cəzası isə 1 il azaldılıb. "Əvəz Zeynallı ittihamları rədd edib, jurnalist fəaliyyətinə görə təqib olunduğunu bildirib. O xatırladıb ki, bir dəfə rüşvət ittihamı ilə həbs edilib, lakin Avropa Məhkəməsi bunu qanunsuz hesab edib" - Zeynallının vəkili Fəxrəddin Mehdiyev “Turan”a belə deyib.   Xatırlatma Əvəz Zeynallı 10 sentyabr 2023-cü il tarixində, rüşvət almaq ittihamıyla həbs edib. Sonradan ona qarşı CM-in 312.1.1-ci...

Seçilmiş Videolar

Toplum TV loqo