Jurnalistləri Müdafiə Komitəsi “AbzasMedia” jurnalistlərinə qarşı ittihamları ləğv etməyə çağırır
Abzas
Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan hakimiyyətini dekabrın 17-də məhkəmə araşdırması başlamış “AbzasMedia” jurnalistlərinə və “AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadəyə qarşı ittihamları ləğv etməyə çağırıb. ““AzadlıqRadiosu”nun əməkdaşı Fərid Mehralızadə və Azərbaycanın antikorrupsiya araşdırmaları üzrə ən tanınmış media orqanı “AbzasMedia”nın altı üzvünün məhkəməsi Azərbaycan hökumətinin ötən bir ildə ölkənin aparıcı müstəqil jurnalistlərinin böyük hissəsini həbs etmək üçün qisas xarakterli cinayət ittihamlarından istifadə etməsinin təcəssümüdür” - CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said belə deyib.
Ötən ilin noyabr ayından etibarən “AbzasMedia işi” üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Elnarə Qasımova, Hafiz Babalı və Fərid Mehralızadə həbs ediliblər. Əvvəlcə onlar Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) təqsirləndiriliblər, bu ilin avqust ayında ittihamlar ağırlaşdırılıb. Onlara Cinayət Məcəlləsinin 192.3.2 (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq); 193-1.3.1 və 193-1.3.2 (mütəşəkkil qrup tərəfindən cinayət gəlirlərinin leqallaşdırılması); 206.4 (mütəşəkkil qrup tərəfindən qaçaqmalçılıq); 320.1 və 320.2 (sənədlərin saxtalaşdırılması və saxta sənədlərdən istifadə) və 213.2.1-ci (qrup tərəfindən vergidən yayınma) maddələri üzrə də ittiham irəli sürülüb. Jurnalistlər bütün ittihamları rədd edirlər, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.
Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin peşə fəaliyyətinə görə həbs olunmadığını, bütün hüquq və azadlıqların təmin edildiyini deyir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Mərhum nazirin oğlu Arif Rəhimov məhkəməyə niyə gəlmir?
“Jurnalistlərin evlərində axtarış aparılıb, şəxsi avadanlıqlar və əşyalar götürülüb” – Meydan TV bəyanat verdi (Yenilənir)
Perinatal Mərkəzin hazırkı rəhbəri: “20 çarpayılıq bölməyə 61 küvəz yerləşdirmişdi”
Yoxsulların sayı artıb, dövlətdən müavinət alan yoxsulların sayı isə sürətlə azalıb
Suriyada kim qalib gəldi?