Siyasət

Qubad İbadoğlu: “Artıq həkimlər məni müayinə və müalicə etməkdən imtina edirlər, çəkinirlər”

4 Fevral, 2025
138

sosial media

Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin iqtisadçı alim və siyasətçi Qubad İbadoğlunun ailəsinə məxsus əmlakın üzərinə həbs qoyulması barədə qərardadından verilən şikayəti təmin etməyib.

Bu haqda “Turan”a danışan Q.İbadoğlu ailəsinə aid dörd mənzilin sənədlərini məhkəməyə təqdim etdiyini bildirib. 

“Ailəmizin maliyyə mənbələri və mənzillərin vərəsəliklə ailmizə keçməsi barədə sənədləri hakimlərə təqdim etdik. Əmlak həyat yoldaşıma məxsusdur, mənzillər 90-cı illərdə vərəsəlik hüququ ilə həyat yoldaşımın adına keçən mənzillərin satışından əldə edilən vəsaitlə alınıb. Amma məhkəmə qanuni qərar qəbul etmək əvəzinə, təqdim etdiyimiz sənədləri araşırmadan, Nərimanov Rayon Məhkəməsinin qərardadını qüvvədə saxladı”, Qubad İbadoğlu deyib.

O, qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcəyini qeyd edib.

Səhhətinin pisləşməkdə davam etdiyini söyləyən İbadoğlu ümidin ancaq dərmanlara və Allaha qaldığını bildirib. 

“Artıq həkimlər də məni müayinə və müalicə etməkdən imtina edirlər, çəkinirlər. Hətta son dəfə müraciət etdiyim həkimin sualı ondan ibarət oldu ki, xəstəxanaya gəlmək üçün icazə almısınızmı?”

O, Azərbaycanda adekvat tibbi yardım ala bilmədiyini, vəziyyətinin əvvəlkindən daha pis olduğunu vurğulayıb: 

“Son müayinə altı ay əvvəl keçirilmişdi. Müayinə göstərdi ki, daha əvvəlki altı ayda damarda genişlənmə artıb. Bu, tibdə sürətli inkişaf sayılır və indi cərrahi müdaxilə səviyyəsindəyik. Bu, mənim həyatım üçün kifatyət qədər risklidir".

Haqqındakı cinayət işinin təhqiqatının ötən il iyulun 29-da dayandırıldığını söyləyən iqtisadçı həmin vaxtdan özünə və vəkillərinə heç bir əlavə məlumat verilmədiyini bildirib.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilərək Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunub. Özü ittihamları rədd edir. 

2024-cü ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə o, polis nəzarətinə verilib. 

Ötən ilin noyabrında isə onun ailəsinə məxsus daşınmaz əmlakın müsadirəsi haqqında qərar qəbul edilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Həyat yoldaşı: “Ruslan İzzətlinin səhhəti ağırlaşıb, əməliyyata ehtiyac var”

7 Dekabr 2025

Foto: Fərqanə Novruzova

“Toplum TV işi” üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü, siyasətçi Ruslan İzzətlinin səhhətində ciddi problemlər yaranıb.  Bu barədə onun həyat yoldaşı Günel Manaflı dekabrıın 7-də məlumat yayıb. Onun sözlərinə görə, şənbə günü baş tutan görüş zamanı İzzətlinin səhhətindəki narahatlıqların kəskinləşdiyi müşahidə edilib. “O, yüksək təzyiq, baş ağrısı və öd kisəsi ilə bağlı davamlı ağrılardan əziyyət çəkir. Təzyiqi yalnız gündəlik dərman qəbulu ilə normada saxlana bilir”, - siyasətçinin həyat yoldaşı bildirib. G.Manaflı bildirib ki, Ruslan İzzətlinin öd nahiyəsində güclü ağrılar təxminən 10 gündür başlayıb və o, hər gün ağrıkəsici qəbul etmək məcburiyyətində qalır: “Son günlər həkim müayinəsi və ultrasəs...
Siyasət

Tramp Azərbaycandan rüşvət almaqda ittiham olunan konqresmeni əfv edib

4 Dekabr 2025

Foto: Reuters

ABŞ prezidenti Donald Tramp Azərbaycandan rüşvət almaqda ittiham olunan konqresmeni əfv edib.  O, dekabrın 3-də "Truth Social" platformasında Demokratlar Partiyasından olan konqresmen Henro Kuelyarı və həyat yoldaşı İmelda Kuelyarı əfv etdiyini elan edib.  Tramp iddia edib ki, əvvəlki prezident Co Bayden və onun rəhbərlik etdiyi administrasiya ölkənin ədliyyə sistemini prezidentin rəqiblərinə, hətta Demokratlardan olan tənqidçilərinə qarşı sui-istifadə edib.  Kuelyar "X" səhifəsində prezidentə "möhtəşəm liderliyinə və vaxt ayırdığına" görə təşəkkür edib.  Kuelyarlar ötən ilin mayında Meksikada bir bankdan və Azərbaycana məxsus bir neft-qaz şirkətindən 600 min dollar rüşvət almaqda ittiham olunub. Özləri isə təqsirsiz olduqlarını iddia edirlər.  İttihamnaməyə əsasən, o, pul...

Seçilmiş Videolar

Toplum TV loqo