Siyasət

Yerevanda gürcüstanlı fəal Samirə Bayramovanı təyyarədən çıxmağa qoymayıblar

25 Noyabr, 2024
8

InterPress.ge

Yerevanda Gürcüstan vətəndaşı, tanınmış ictimai fəal Samirə Bayramovanı təyyarədən çıxmağa qoymayıblar (https://t.me/jamnewsru/20490). 

O, WAW aviaşirkətinin Tbilisiyə uçan, amma pis hava şəraitinə görə Ermənistan paytaxtına enmiş təyyarəsində olub. Bayramova  sosial şəbəkədəki paylaşımında yazıb ki, sərhədçilər ona “Problem sənin milliyyətindir” deyiblər. 

“Biz niyə bu münaqişənin bir hissəsi olmalıyıq? Bu, Nikol Paşinyanın demokratik bəyanatlarına uyğun gəlmir”, o sual edir. 

Sonrakı paylaşımında isə Bayramova bunları yazıb: “Bəzi azərbaycanlı təbliğatçılar bu barədə yazırlar, amma  təəssüf ki, Azərbaycan tərəfi də etnik ermənilərə belə münasibət göstərir. Sualımı təkrarlayıram: biz niyə bu problemin bir hissəsi olmalıyıq?”

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hərbi ekspert Ədalət Verdiyev həbs edilib

25 Noyabr 2024

report.az

Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahının rəisi vəzifəsində işləyən, Azərbaycan Silahlı Qüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş, hərbi ekspert kimi tanınan Ədalət Verdiyev haqqında cinayət işi açılıb.  Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, o, Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.  Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.  Bildirilir ki, Ə.Verdiyev işğaldan azad olunmuş ərazilərə ötən il noyabrın 22-də təşkil olunmuş mediaturda Silahlı Qüvvələrin döyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarının dislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitini nümayiş etdirib...
Siyasət

Məhkəmə Fərid Mehralızadənin şikayətini təmin etmədi

25 Noyabr 2024

amerikanınsəsi

Noyabrın 25-də Xətai Rayon Məhkəməsi “Abzas Media işi” üzrə həbs edilmiş iqtisadçı Fərid Mehralızadənin şikayətinə baxıb. O, mənzilindəki axtarış zamanı və götürülmüş əşyalarına baxış prosesində istintaq orqanının hərəkətlərindən şikayət edib. Məhkəmə şikayəti təmin etməyib.  Mehralzadə iyunun 1-də qaçaqmalçılıq ittihamıyla həbs edilib, sonradan ittihamların sayı artırılıb, sentyabrın 6-da həbs müddəti dekabrın 19-dək uzadılıb. Özü ittihamları uydurma adlandırır.   

Seçilmiş Videolar

Toplum TV loqo