hurriyyet.az
Fransanın Myuluz şəhərində yaşayan azərbaycanlı siyasi mühacir Vidadi İsgəndərlinin müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilir.
Bu haqda Fransada mühacirətdə yaşayan jurnalist Qənimət Zahidov məlumat yayıb.
“Aldığı çoxsaylı bıçaq zərbələri onun həyatına son qoydu və xilas etmək mümkün olmadı”, - o bu haqda Facebookda yazıb.
Vidadi İsgəndərlinin qardaşı Oktay İsgəndərli isə Turana deyib ki, onun qanaxmasını dayandırmaq və nəfəs almasını normallaşdırmaq mümkün olmayıb.
Mərhumun dəfn mərasimi təxminən bir həftə sonra baş tutacaq, deyə qardaşı bildirib.
Fransada mühacir həyatı yaşayan Vidadi İsgəndərli sentyabrın 29-da saat 7.30-da naməlum şəxslərin hücumuna məruz qalıb. Qardaşının dediyinə görə, yaşadığı evin pəncərəsindən 3 nəfər maskalı şəxs yataq otağına daxil olaraq ona 21 bıçaq zərbəsi endirib.
Vidadi İsgəndərli 2022-ci il iyunun 16-da da Fransada fiziki hücuma məruz qalmışdı. O zaman polis bunun yerli kriminal qrupların işi olduğunu bildirsə də, özü bununla razılaşmamışdı.
Vidadi İsgəndərli sosial şəbəkələrdə hakimiyyəti tənqidləri ilə tanınırdı, bəzən çıxışlarında təhqiramiz ifadələrə də yol verirdi.
O, Azərbaycanda müxalifyönlü siyasətlə məşğul olub, daha sonra həbs edilib.
İsgəndərli 2015-ci ildə Fransaya mühacirətə getmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: Azərtac
Foto: primeminister.am
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Azər Qasımlının məhkəməsində proses 3 dəqiqə çəkib
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib