Siyasət

Taleh Bağırzadənin oğluna cinayət işi açılıb, ailə ittihamları təxribat adlandırır

9 aprel, 2026
509

Açıq mənbə

Müsəlman Birliyi Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadənin 17 yaşlı oğlu Məhəmmədhəsən Bağırzadəyə qarşı cinayət işi açılıb. 

Aprelin 8-də APA-nın yaydığı xəbərə görə, M. Bağırzadənin voleybol oyunu zamanı bir qıza qəsdən xəsarət yetirdiyi iddia olunur. Hadisədən sonra zərərçəkənin ailə üzvləri məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

T.Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə "Meydan TV"-yə açıqlamasında cinayət işinin açılmasını təsdiqləyib, lakin onu "təxribat" adlandırıb. 

L.İsmayılzadənin sözlərinə görə, sözügedən hadisə aprelin 7-də Buzovna qəsəbəsindəki 26 saylı məktəbin idman meydançasında baş verib. 

O deyir ki, voleybol oyunu zamanı şagirdlərdən birinin qızların yanında söyüş söyməsi kiçik oğlu, 15 yaşlı Məhəmmədhüseynin etirazına səbəb olub, lakin həmin şagird uzaqlaşdıqdan sonra başqa bir sinif yoldaşı dayısı qızı ilə meydançaya gələrək insidenti qəsdən davam etdiriblər. 

"Döyüldüyü deyilən qız eyni söyüşü təkrarlayıb. Məhəmmədhüseyn onlara da xəbərdarlıq edib. Bundan sonra həmin oğlanla qız oğluma nalayiq söyüşlər deyiblər. Məhəmmədhüseyn də cavabında onları itələyib. Oğlum deyir ki, bundan sonra oğlanla qız onu yumruqlamağa, döyməyə başlayıblar”, - o qeyd edir. 

L.İsmayılzadə deyir ki, hadisəyə böyük oğlu Məhəmmədhəsən müdaxilə etməyə çalışıb, amma nəticəsi xoşagəlməz olub. 

"Bu hadisədən sonra digər oğlum Məhəmmədhəsənə məlumat veriblər ki, bəs qardaşını döyüblər. O da məsələni aydınlaşdırmaq istəyib. Qız da Məhəmmədhəsənə deyib ki, bəs mən xəstəyəm. Oğlum da soruşub ki, bəs xəstə söyüş söyər? Oğlum bu sözü deyəndən sonra həmin qız Məhəmmədhəsənə iki yumruq ilişdirib. Məhəmmədhəsən də özünü müdafiə etmək üçün qıza bir yumruq vurub. Yumruq da qızın burun nahiyəsini tuş gəlib və qanayıb. Bundan sonra aralaşıb, dağılışıblar”.

Ailə hesab edir ki, bu hadisə son vaxtlar dindarlara edilən təzyiqlər fonunda konkret olaraq T.Bağırzadəyə qarşı verilən bir təhdid mesajıdır. 

Taleh Bağırzadə 2015-ci ilin noyabrında ikisi polis olmaqla yeddi nəfərin öldürüldüyü Nardaran hadisələri zamanı həbs edilib. O, 20 il müddətinə azadlıqdan məhrum edilib. 

İlahiyyatçı polislərin öldürülməsi, terrorçuluq, qanunsuz silah-sursat saxlama və başqa ağır ittihamlarla təqsirləndirilsə də, bunların heç birini qəbul etmir, sifarişlə həbs olunduğunu bildirir.

2025-ci ilin iyulunda Avropa İnsan Hüquqları Məhkəməsi T.Bağırzadəyə qarşı hüquq pozuntuları olduğu barədə qərar verib. Qərara əsasən, Azərbaycan hökuməti T.Bağırzadəyə 10 min avro təzminat ödəməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Siyasi məhbus kimi tanınan bir qrup şəxs: “Əliyev rejimi ölkəni həbs qəbiristanlığına çevirib”

9 noyabr 2026

Toplum TV

Azərbaycanın müxtəlif həbsxanalarında və istintaq təcridxanalarında saxlanılan, siyasi motivlərlə həbs edilən bir qrup məhbus birlik çağırışı ilə bəyanat yayıblar. Bəyanatın “Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, ResPlatformanın spikeri Akif Qurbanovun “Fikirdə, hədəfdə və əməldə birlik vaxtıdır” çağırışına dəstək olaraq imzalandığı bildirilir. Bəyanat müəllifləri ölkədə repressiyaların genişləndiyini bildirərək, siyasi məhbus sayılan şəxslərin probleminin cəmiyyətin və beynəlxalq ictimaiyyətin əsas gündəminə çevrilməsinə çağırıblar. “Toplum TV” bəyanatı olduğu kimi təqdim edir. “Azərbaycanın avtoritar hakimiyyəti geopolitik çəkişmələr, regional münaqişələr və bütün bunların ölkədə dərinləşən insan hüquqları ilə bağlı böhrana zəif təsirində sui-istifadə edərək faktiki ölkədə politisidi (siyasi genosid) nəinki aktiv saxlayır, həmçinin...
Siyasət

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır”

6 noyabr 2026

Toplum TV

Fərid İsmayılov və Ramil Babayev: “Təcridxanada feldşerlər tibbi spirti məhbuslara içki qismində 10 manata satır” “Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev və “Toplum TV”nin jurnalisti Fərid İsmayılov penitensiar müəssisələrdə məhbusların tibbi təminatı ilə bağlı problemlərindən yazıblar. Onlar Ədliyyə Nazirliyi və Penitensiar Xidmətə ünvanladıqları müraciətdə dərman çatışmazlığı, tibbi xidmətlər üçün ödəniş tələb edilməsi, Müalicə Müəssisəsindəki antisanitar şərait və işgəncə izlərinin sənədləşdirilməsi ilə bağlı suallar veriblər. “Toplum TV” müraciəti olduğu kimi təqdim edir. “Penitensiar müəssisələrdə konkret xəstəliklərlə bağlı dərmanlar ümumiyyətlə yoxdur, ilkin yardım dərmanları isə nadir hallarda tapılır. Bu problemin səbəbi nədir, haradadır, kimdir? Bakı İstintaq...

Seçilmiş Videolar

Toplum TV loqo