açıq mınbədən götürülüb
27 gündür aclıq edən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu aprelin 27-də Petiensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Həkim Adil Qeybulla "Facebook" səhifəsində yazıb ki, aprelin 26-da Umbakı qəsəbəsində saxlandığı təcridxanada Yaqublunu növbəti dəfə müayinə edib.
"Aclığın 26-cı gününü, yaşını, yanaşı xəstəliklərini nəzərə alaraq ətraflı müayinələr aparmaq üçün Tofiq Yaqublunun Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə keçirilməsi məsləhət görüldü. Hal-hazırda müalicə müəssisəsinə yerləşdirilib, sabahdan ətraflı müayinələr davam etdiriləcək", - o bildirib.
Yaqublunun qızı Nigar Həzi bildirib ki, atası evə zəng edərək müəssisəyə köçürüldüyünü təsdiqləyib.
Həkim Yaqublunun səhhəti ilə bağlı isə yazıb ki, onun ümumi durumu keçirdiyi aclıq aksiyasına uyğundur.
"Halsızlıq, ümumi zəiflik, yuxu pozuntusundan şikayət edir. Huşu aydındır. Su-elektrolit balansına dəstək və detoksikasiya məqsədilə qidalandırıcı tərkibi olmayan venadaxili infuziya aparıldı. İnfuziya ağırlaşmasız keçdi", - o əlavə edib.
Həzi daha öncə qeyd etmişdi ki, atası 14 kq-dan çox çəki itirib.
Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
O, aprelin 1-dən azadlığa buraxılması üçün aclıq aksiyası keçirir.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Siyasətçi ittihamları qurama sayır.
Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.
O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
ResPlatforma
sosial media