Siyasət

Tramp: Əliyevlə Paşinyan imza atmaq istəmirdi, mən kömək etdim

21 Avqust, 2025
42

Foto: AP

ABŞ prezidenti Donald Tramp radio aparıcısı Mark Levinə müsahibəsində avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistanın sülh sənədləri imzalamasından danışıb. 

Trampın Azərbaycan əvəzinə “Aberbaycan”, Ermənistan əvəzinə isə “Albaniya” deməsi diqqət çəkib. 

ABŞ lideri ikinci prezidentliyinin ilk altı ayında həll etdiyini iddia etdiyi yeddi münaqişədən danışarkən bu mövzuya toxunub. 

“Siz Aberbaycanı gördünüz. Bu, Albaniya ilə aralarında 34–35 il davam edən böyük bir məsələ idi. Təsəvvür edin, illərlə davam edib və mən onların rəhbərlərini tanıdım, ticarət danışıqları vasitəsilə bir az ünsiyyətim oldu. Mən dedim: “Niyə siz vuruşursunuz?”. Sonra dedim: “Əgər vuruşsanız, mən sizinlə ticarət sazişi bağlamayacağam”, - o deyib. 

Tramp sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Ağ Evdə keçirilən görüşü də təsvir edib. 

“Necə deyərlər, mən onu da həll etdim. Halbuki hamı deyirdi ki, bunu həll etmək mümkün deyil. Hətta ikisini də Oval Ofisə gətirdiyim vaxt, onlar imzalamağa hazırlaşanda yan-yana oturmuşdular. Bir-birindən uzaqlaşmağa çalışırdılar. Özlərini narahat hiss edirdilər. Amma bir saatın sonunda bir-birlərinə sarılıb təbrik edirdilər. Açığı, baxmaq çox gözəl idi”, - o vurğulayıb. 

Avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb.

Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.

ABŞ prezidenti Donald Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Vens: Zelenskiyə dedim ki, özünü yaxşı aparsan, səsimi çıxarmayacam 

21 Avqust 2025

Foto: EPA/Bloomberg

ABŞ vitse-prezidenti Ceyms Vens Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona son səfərindən danışıb.  “Fox News” telekanalına müsahibə verən Vensə Zelenskinin indiki və fevraldakı səfərlərinin müqayisəsi haqda sual verilib.  Fevralın 28-də Oval Ofisdə mətbuat üçün açıq olan görüş mübahisə ilə nəticələnmiş, Vens Ukrayna prezidentini ABŞ-yə minnətdar olmamaqda günahlandırmışdı.  Vens bu dəfəki görüşün xoş ab-havada keçdiyini deyib.  “Prezident Zelenski Oval Ofisə daxil oldu və mən onunla, prezident Trampla və Ukrayna nümayəndə heyətinin bəzi yüksək vəzifəli üzvləri ilə söhbət edirdim. Mən dedim: “Cənab prezident, elə ki, özünüzü yaxşı aparsanız, mən heç nə deməyəcəyəm.” O isə bir az gülümsədi və bu, aramızdakı buzları əritmək üçün...
Siyasət

Tramp: Cənnətə getmək istəyirəm 

20 Avqust 2025

Foto: New York Times

ABŞ prezidenti Donald Tramp cənnətə getmək istədiyini deyib.  "Fox News" telekanalında səhər şousuna telefon zəngi ilə qoşulan və Avropa liderlərilə görüşünü müzakirə edən prezident Ukrayna müharibəsini niyə dayandırmaq istəməsindən danışıb.  O, Ukrayna müharibəsini dayandıracağı təqdirdə, ölümdən sonra cənnətə düşmək şansının artacağına inandığını deyib.  "Həftədə 7 min insan ölür orada. Bunu dayandırsam, cənnətə də gedə bilərəm. Deyilənə görə, toten sütununun aşağı pilləsindəyəm - cənnətə düşmək üçün vəziyyətim yaxşı deyil", - Tramp vurğulayıb.  Avqustun 8-də Alyaskada Rusiya Prezidenti Vladimir Putini, 15-də isə Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edən Tramp indi onlar arasında ikili görüşün keçirilməsinə çalışır.

Seçilmiş Videolar

Toplum TV loqo