Məhkəmə

Vəkil Fazil Qasımovun məhkəməsini yarımçıq tərk edib

20 Avqust, 2025
410

Foto/kollaj: Toplum TV

Avqustun 19-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan iqtisadçı Fazil Qasımovun şikayəti üzrə növbəti məhkəmə iclası keçirilib. 

Bu barədə onun ailə üzvləri Toplum TV-yə məlumat veriblər.

Ailə üzvləri bildirib ki, F.Qasımov apellyasiya şikayətinə yeni əlavələrini məhkəməyə təqdim edib. Əlavə olaraq, o, beş vəsatət verib.  

Birinci vəsatət Bəxtiyar Quluzadənin məhkəməyə şahid qismində çağırılıb dindirilməsi ilə bağlı olub. 

İqtisadçı vəsatəti əsaslandırmaq üçün bildirib ki, cinayət işində onun digər iqtisadçı Qubad İbadoğlu ilə görüşüb ona saxta pul verdiyi iddia olunur. F.Qasımov həmin vaxt B.Quluzadəni Türkiyədə tədbirə dəvət etdiyini, onu hava limanında qarşıladığını, onun yanında polis yoxlanışından keçdiyini, üzərində heç bir saxta pul olmadığını bildirib. Buna görə də, o, həmin vaxt yanında olan B.Quluzadənin buna şahid olduğunu deyib. 

F.Qasımovun ikinci vəsatəti bəzi sənədlərin sübutların siyahısından çıxarılması, üçüncü vəsatəti isə cinayət işinin materialları ilə tanış olması tələbilə olub. O, həmçinin, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib. 

Prokuror vəsatətlərin heç birinin təmin edilməməsini istəyib. Hakim vəsatətləri təmin etməyib. 

Ardınca F.Qasımov məhkəmə tərkibinə yazılı etiraz etmək və vəkili Nemət Kərimli ilə konfidensial görüşmək üçün vaxt istəyib. 

Fasilədə vəkil cinayət işinin materiallarından surətlərini çıxardığı sənədləri F.Qasımova vermək istəyib, lakin konvoy buna icazə verməyib. 

Vəkil həmin sənədləri müvəkkilinə vermək üçün hakimdən icazə istəyib, lakin hakim bunun onun səlahiyyətində olmadığını deyib. 

F.Qasımov hakimlərin qərəzli olduğunu, əsaslı vəsatətlərinin heç birinin təmin edilməyini deyərək məhkəmə tərkibinə yazılı etiraz təqdim edib. Hakim etirazı təmin etməyib. 

Bundan sonra F.Qasımov vəkilindən imtina etməsi barədə vəsatət verib. O, dövlət hesabına vəkillə təmin edilməsini istəyib. Vəkil N.Kərimli də qanuna əsasən hakimin ərizəni mütləq qəbul etməli olduğunu deyib. 

Lakin hakim bu vəsatəti də təmin etməyib və bildirib ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları baxımından ərizənin qəbul edilməsi yolverilməzdir. Vəkil N.Kərimli buna etirazını bildirib və növbəti məhkəmə iclasında iştirak etməyəcəyini deyib. O, daha sonra məhkəmə zalını tərk edib.

Hakim növbəti məhkəmə iclasını 25 avqust saat 14:30-a təyin edib. 

Qubad İbadoğlunun işi ilə bağlı 2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov bu il martında 9 il müddətinə azadlıqdan məhrum edilib. 

O, Cinayət Məcəlləsinin satış məqsədilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olundu. Özü isə ittihamı rədd edir. 

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs olunub, satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma və dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddələri ilə ittiham olunur. O, ittihamları rədd edir. 

Ötən ilin aprelində Qubad İbadoğlu ev dustaqlığına buraxılıb, mayda isə bu qətimkan tədbiri də dəyişdirilib və o, polis nəzarətinə verilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Abgül Süleymanov 30 sutka həbs edilib

24 Sentyabr 2026

VOA

İlahiyyatçı Abgül Süleymanov inzibati qaydada 30 sutka həbs edilib. Bu barədə “Toplum TV”yə  jurnalist Arzu Abdulla məlumat verib. Onun sözlərinə görə, Süleymanov sentyabrın 23-də saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə - polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda ittiham olunub. İlahiyyatçının yaxınları da məlumatı “Meydan TV”yə təsdiqləyiblər. “Bu gün səhər Abgül zəng etdi. Dedi ki, dünən Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Bu gün də Binəqədiyə aparılıb. İndi vəkil onunla görüşəcək. Maşınının açarı və telefonu əlindən alınıb”, - həyat yoldaşı bildirib. Yaxınları ilahiyyatçının saxlanmasını onun “Facebook”da hicabla bağlı paylaşımı ilə əlaqələndirirlər. Süleymanov həmin paylaşımda yazıb: “Əgər cürət edib məktəbli...
Məhkəmə

“Toplum TV işi” üzrə apellyasiya prosesi başlayır

18 Sentyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 ildən 15 ilədək həbs cəzasına məhkum olunan 9 nəfərin apellyasiya şikayətlərinə baxılacaq. Bakı Apellyasiya Məhkəməsində baş tutacaq ilk iclas sentyabrın 21-nə təyin edilib. “Toplum TV işi“ üzrə təqsirləndirilən şəxslərə İyulun 27-də Bakı Ağır Cinayətlər məhkəməsində hökm oxunub. Hökmə əsasən, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov 15, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, “Toplum TV” əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov isə 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. E. Abbasov məhkəmə zalında həbs olunub. Məhkum...

Seçilmiş Videolar

Toplum TV loqo