Siyasət

Tramp: Cənnətə getmək istəyirəm 

20 Avqust, 2025
19

Foto: New York Times

ABŞ prezidenti Donald Tramp cənnətə getmək istədiyini deyib. 

"Fox News" telekanalında səhər şousuna telefon zəngi ilə qoşulan və Avropa liderlərilə görüşünü müzakirə edən prezident Ukrayna müharibəsini niyə dayandırmaq istəməsindən danışıb. 

O, Ukrayna müharibəsini dayandıracağı təqdirdə, ölümdən sonra cənnətə düşmək şansının artacağına inandığını deyib. 

"Həftədə 7 min insan ölür orada. Bunu dayandırsam, cənnətə də gedə bilərəm. Deyilənə görə, toten sütununun aşağı pilləsindəyəm - cənnətə düşmək üçün vəziyyətim yaxşı deyil", - Tramp vurğulayıb. 

Avqustun 8-də Alyaskada Rusiya Prezidenti Vladimir Putini, 15-də isə Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edən Tramp indi onlar arasında ikili görüşün keçirilməsinə çalışır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Zelenski: Rusiya SOCAR-ın bazasını qəsdən vurub 

19 Avqust 2025

Foto: Reuters

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun SOCAR-a məxsus neft bazasına hücumuna münasibət bildirib.  O, “X” səhifəsində hücumun qəsdən edildiyini yazıb.  “Rusiyanın qəsdən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə zərbəsi təkcə bizə deyil, həm də münasibətlərimizə və enerji təhlükəsizliyimizə hücum deməkdir”, - Zelenski qeyd edib.  Dövlət başçısı hücumun avqustun 18-də Vaşinqtonda Ukrayna müharibəsinin həlli üçün baş tutan sammit ərəfəsində baş verməsinə diqqət çəkib.  “Putin Ukraynaya və Avropaya təzyiqi saxlamaq, həmçinin diplomatik səyləri alçaltmaq üçün nümayişkaranə qətllər törədəcək. Elə buna görə biz qətllərə son qoymaq üçün yardım axtarırıq. Elə buna görə etibarlı təhlükəsizlik zəmanətləri tələb olunur. Elə buna görə də Rusiya bu...
Siyasət

Pasportları zibilliyə atılan 47 israilli Bosniyada ilişib qalıb

19 Avqust 2025

Foto: açıq mənbə

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bir hoteldə qalan 47 israilli turist pasportlarının zibil qutusuna atılması nəticəsində çıxılmaz vəziyyətdə qaldıqlarını iddia edir. İsrail mətbuatına danışan turistlər deyib ki, avqustun 16-da ölkələrinə qayıtmalı olsalar da, pasportları olmadığına görə təyyarəyə minə bilməyiblər.  “Təhlükəsizlik kameralarını yoxladıqdan sonra pasportların qeydiyyat bölməsində zibil qutusuna atıldığını aşkar etdik. Oradan onlar zibil maşınlarına, sonra isə poliqona aparılıb. Biz daha 48 saat, bəlkə də daha uzun müddət hoteldə qalmağa məcbur olmuşuq. Qorxuruq ki, burada bir həftədən çox ilişib qala bilərik”, - turistlərdən biri deyib.  Hüquq-mühafizə orqanları hadisəni təsadüf kimi qiymətləndirsə də, bəzi səyahətçilər bunun sadə bir səhv olmadığı barədə...

Seçilmiş Videolar

Toplum TV loqo