Siyasət

Tramp “Zəngəzur dəhlizi”nin açılması üçün ABŞ-ın iştirakını təklif edir 

3 İyul, 2025
353

Foto/kollaj: Toplum TV

ABŞ Prezidenti Donald Trampın administrasiyasının Azərbaycan və Ermənistan arasında mübahisəli məsələlərdən biri olan “Zəngəzur dəhlizi”nin həlli üçün ABŞ-ın iştirakını təklif etdiyi bildirilir. 

Bu barədə iyulun 1-də Karneqi Rusiya və Avrasiya Mərkəzinin analitiki Olesya Vartanyan yazısında xəbər verib. 

O, adını açıqlamadığı mənbələrə istinadən qeyd edib ki, Tramp administrasiyası təklifin həyata keçməsi üçün Azərbaycan və Ermənistana təzyiq edir. 

“Bu gün danışıqları dirçəltmək iqtidarında olan yeganə oyunçu, bəlkə də, Birləşmiş Ştatlardır. Qlobal münaqişələrin həllindəki səylərini nümayiş etdirməyə can atan Tramp administrasiyası, daha əvvəl Avropa İttifaqının təklif etdiyi modelə bənzər, lakin Amerika strateji məntiqinə əsaslanan yeni bir plan irəli sürüb: ABŞ biznes subyektinin “Zəngəzur dəhlizi”ndə sabitləşdirici qüvvə kimi iştirakı. Bu, Ukraynada nadir metallar üzrə bağlanmış son sazişə bənzər şəkildə həyata keçirilə bilər”, - Vartanyan bildirib. 

O hesab edir ki, Vaşinqton bu təklifin reallaşması yolunda irəliləməkdə qətiyyətli görünür və buna əsas səbəb Trampın Nobel Sülh Mükafatı qazanmaq arzusudur. 

“Bir variant kimi, Bakıya Ermənistanın konstitusiyasını dəyişməsi tələblərindən imtina etməsi üçün təzyiq göstərilə bilər – məsələn, Əliyevi Ağ Evə dəvət etməklə. Lakin daha real ehtimal ondan ibarətdir ki, ABŞ Yerevana öz modelini qəbul etdirmək üçün təzyiq göstərəcək – bu, yekun sülhün gecikməsinə və sərhədlərin rəsmi olaraq bağlı qalmasına səbəb olsa belə”, - o əlavə edib. 

Azərbaycan və Ermənistanın hələ martda sülh sazişinin mətni üzərində razılaşması xəbəri yayılsa da, saziş hələ də imzalanmayıb. 

Ermənistan rəsmiləri bildirir ki, buna səbəb Azərbaycanın sülh razılaşmasını imzalamaq üçün şərtlər qoymasıdır. Bu şərtlər Ermənistanın Konstitusiyasından Azərbaycana dair ərazi iddialarını çıxarması və ATƏT-in Minsk qrupunun buraxılması üçün rəsmi müraciət etməsidir. 

Azərbaycanı Naxçıvana birləşdirmək üçün nəzərdə tutulan “Zəngəzur dəhlizi”nin isə sülh sazişinin mətnində yer almadığı bildirilir. Buna baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Ermənistanın “Zəngəzur dəhlizi”ni açmalı olduğunu deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Tofiq Yaqublu: "Cəzaçəkmə müəssisəsində işıq və su yoxdur, məhbuslar yuyuna bilmir"

27 İyul 2026

VOA

17 saylı Cəzaçəkmə Müəssisəsində elektrik enerjisi və su verilişinin dayandığı bildirilir.  Bu barədə müəssisədə saxlanılan müxalif siyasətçi Tofiq Yaqublu qızı Nigar Həzi vasitəsilə ictimaiyyətə məlumat verib.  N.Həzi iyulun 27-də sosial media hesabında atasına istinadən yazıb ki, müəssisədə bir həftədir elektrik enerjisi demək olar ki, yoxdur.  "Gün ərzində ancaq cəmi 1 və ya 2 saat işıq olur. Təsəvvür edin, yayın dəhşətli istilərində işıq yoxdur, soyuducular işləmir, məhbuslar içməyə nə sərin su tapa bilirlər, nə də yuyuna bilirlər. 40 dərəcədən yuxarı istidə əlbəttə ki, ərzaqlar da xarab olub zibilə atılır. İşığın olmaması azmış kimi artıq müəssisədə su da gəlmir. Başa düşdüyünüz kimi,...
Siyasət

ABŞ Konqresinin komitəsi Azərbaycanı erməni məhbusları azad etməyə çağırıb

24 İyul 2026

NPS

İyulun 22-də səsə qoyulan qanun layihəsinin 44 nəfər lehinə, 7 nəfər əleyhinə səs verib. Qanun layihəsinin mətnində Azərbaycanda həbsdə olan ermənilərə "müharibə əsirləri və siyasi məhbuslar" deyə istinad olunub.  “Prezident Trampın Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində səylərini davam etdirdiyi bir vaxtda erməni hərbi əsirlərinin və siyasi məhbusların azad edilməsi bu məqsədə nail olunması yolunda mühüm addım olardı", - qanun layihəsinin müəllifi, Demokratlar partiyasından olan konqresmen Bred Şerman komitəyə müraciətində deyib.  İyulun 24-də Milli Məclis qanun layihəsinin qəbulu ilə bağlı bəyanat yayıb. "Həmin sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edirik. Beynəlxalq hüquq normalarına və prinsiplərinə kobud...

Seçilmiş Videolar

Toplum TV loqo