Siyasət

Vəkil Bakı Apellyasiya Məhkəməsilə bağlı prezidentə şikayət edib

24 Yanvar, 2025
137

Toplum TV/Kollaj

Vəkil Aqil Layıc Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov barəsində Prezident İlham Əliyevə şikayət ünvanlayıb.

Bu barədə Facebook şəbəkəsində paylaşım edən vəkil yazıb ki, məhkəmə sədrinin rəhbərliyi altında hüquqi müdafiə “formal səviyyəyə” endirilib.

 “Qeyd edilən sədr Şəki ApellyasiyaMəhkəməsində sədrlik edəndə ictimai sorğular onu deməyə əsas verirdi ki, Şəki Apellyasiya ən inamsız və ictimai etimaddan uzaq məhkəmə halına gəlmişdir. Həmin yurisdiksiyada sorğu da həyata keçirə bilərsiniz. İndi də Bakı Apellyasiya çox təəssüf ki, eyni hala düşüb, xüsusilə də cinayət işlərində ədalətsizlikdən əziyyət çəkirik. İstintaq Bakı Apellyasiya Məhkəməsindən daha ədalətli hala gəlib. Şirvan Apellyasiya Məhkəməsindən örnək götürməlidirlər”, Aqil Layıc yazıb.

Məkəmə-Hüquq Şurasına və Ali Məhkəmə sədrinə də müraciət edən vəkil daha öncə də Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin sübutları təhrif edərək saxta ekspertizalar təqdim etdiyini, korrupsiya və sui-istifadə ilə məşğul olduğunu bildirmişdi.

Rəsmi qurumlar vəkilin fikirlərinə heç bir münasibət bildirməyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Tofiq Yaqublu: “Mən 75 yaşında həbsxanadan çıxmaqdansa, ölümü seçirəm”

12 Mart 2025

sosial media

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu aclıq aksiyasına başlayacaq. Siyasətçi bunu, qanunsuz məhkəmə hökmü ilə bağlı edəcəyini deyir. Külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya ondan istifadə maddələrilə ittiham edilən Yaqublu martın 10-da 9 il müddətinə azadlıqdan məhrum edilib.  Siyasətçi martın 11-i ictimaiyyətə müraciətində aclıq aksiyasına aprel ayının 1-dən başlayacağını bəyan edib. “Qərarım qətidir! Mənim həbsxanadan ancaq ölüm çıxacaq. Çünki bu aclıq aksiyasında sona qədər davam edəcəm. Nə vaxt ölərəm, onda da bu aclıq aksiyası bitər. Necə ki, Maqnitski aktı var, eləcə də qoy Yaqublu aktı olsun. Bəlkə mənim ölümüm bu ölkəyə azadlıq gətirər”,...
Siyasət

“Avropa Azərbaycan qazına ehtiyac duyur” - İlham Əliyev

11 Mart 2025

Toplum TV

Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Azərbaycandan qaz alan 12 ölkədən 10-u Avropa ölkəsidir. “Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir”. İlham Əliyev bu sözləri Şimali Makedoniyalı həmkarı ilə mətbuata bəyanatında deyib. O bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur:  ”Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür”. Ötən ilin noybrında Bakıda keçirilən Cop29 iqlim konfransı ərəfəsində Avropa Parlamentinin sosialistlərdən və demokratlardan ibarət qrupu repressiyalara görə Aİ-dan Azərbaycan qazından imtina etməyi tələb ediblər. Onlar ölkədəki siyasi məhbus...

Seçilmiş Videolar

Toplum TV loqo