Siyasət

Vəkil: "Vüqar Məmmədovun səhhəti ilə bağlı sorğularımıza cavab verilmir”

3 Avqust, 2026
39

Sosial media

"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətinin daha da ağırlaşdığı bildirilir. 

Vəkili Rövşanə Rəhimlinin yaydığı məlumata görə, bu səbəblə jurnalistin avqustun 3-ə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Onun sözlərinə görə, V.Məmmədov hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində (PXMM) saxlanılır. 

Vəkil əlavə edib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və PXMM müvəkkilinin səhhəti ilə bağlı sorğularına cavab vermir. 

"Vəkil sorğusundan əlavə məhkəmə də bununla bağlı adı çəkilən qurumlara məktub ünvanlayıb. Lakin hələ də heç bir qurumdan məlumat əldə edə bilməmişik. Vüqar Məmmədovun xüsusi mühafizə müşayiəti altında ixtisaslaşmış dövlət və ya özəl tibb müəssisəsinə yerləşdirilərək stasionar müalicə almasını zəruri hesab edirik", - o qeyd edib. 

R.Rəhimli ədliyyə naziri Fərid Əhmədova müraciət edərək sorğulara cavab verilməsinin təmin edilməsi üçün köməklik göstərməyi xahiş edib. 

V.Məmmədovun qardaşı Cəsur Məmmədov daha öncə jurnalistin ürək xəstəliyinin ağırlaşdığı və böyrək çatışmazlığı riski yarandığı barədə məlumat yaymışdı. 

Onun sözlərinə görə, iyulun 22-də V.Məmmədovla görüşən ailə üzvləri onun ayaqlarının şişdiyini və sərbəst hərəkət edə bilmədiyini müşahidə ediblər. 

V.Məmmədov ötən ilin oktyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.

S.Cəlaloğlu bacısı oğlunun həbsi ilə bağlı daha öncə mətbuata bildirib ki, onun jurnalist fəaliyyətinə görə Prezident Administrasiyası və Dövlət Təhlükəsizliyi Xidmətindən ona iradlar bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"

3 Avqust 2026

Toplum TV

Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin üzvü və keçmiş sədri İlqar Məmmədov prezident İlham Əliyevə müraciət edib.  O, avqustun 3-də sosial media hesabında yazıb ki, Əliyevin siyasi fəaliyyətini dəstəkləyən siyasi partiya liderlərindən biri ona qarşı "artıq ikinci dəfədir 'xəbərdarlıq'la çıxış edir".  "Bu dəfəki xəbərdarlığını “son xəbərdarlıq” adlandırıb. Xəbərdarlığın xülasəsi odur ki, ‘siyasi çıxışlarını dayandır ya da aktuallığını azalt’. Bildiyimiz kimi, xəbərdarlıq deyilən şeyin məntiqi nəticəsi xəbərdarlıq alıb əməl etməyənə qarşı pis şeylərin baş verməsi olur. Nədir o pis şeylər? Bilmirəm, amma keçən dəfə oxşar şeylər həbsimlə nəticələndi. Hər halda qorxutma ab-havasında siyasi fəaliyyətlə məşğul olmağı heç kimə arzulamıram. Mən bilmək...
Siyasət

Komitə: “Əli Kərimliyə qarşı insan ləyaqətini alçaldan rəftar və işgəncə tətbiq olunur”

2 Avqust 2026

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin Hüquqlarını Müdafiə Komitəsi siyasətçiyə qarşı hüquq pozuntularının davam etdiyini bildirib.  Avqustun 1-də yayılan bəyanata əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Ə.Kərimlinin saxlanma şəraiti "məqsədli şəkildə ağırlaşdırılır".  Məlumata görə, partiya sədrinə iki aydır ailəsi ilə telefon danışığı və görüş qadağan olunub. Eyni zamanda onun hələ də psixi problemli şəxslə eyni kamerada saxlanıldığı bildirilir. "Bu şəxs hər gün gecə saat 3-4 radələrində oyanaraq səhərə qədər kamerada səs-küy salır, başını divara vurur, qışqıraraq yatmağa imkan vermir", - deyə əlavə olunub.  Komitənin sözlərinə görə, günün digər vaxtlarında da Ə.Kərimlinin istirahət hüququnu pozan...

Seçilmiş Videolar

Toplum TV loqo