Siyasət

Vəkil: "Vüqar Məmmədovun səhhəti ilə bağlı sorğularımıza cavab verilmir”

3 avqust, 2026
151

Sosial media

"Hürriyyət TV"-nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətinin daha da ağırlaşdığı bildirilir. 

Vəkili Rövşanə Rəhimlinin yaydığı məlumata görə, bu səbəblə jurnalistin avqustun 3-ə təyin olunan məhkəmə prosesi təxirə salınıb. Onun sözlərinə görə, V.Məmmədov hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində (PXMM) saxlanılır. 

Vəkil əlavə edib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi və PXMM müvəkkilinin səhhəti ilə bağlı sorğularına cavab vermir. 

"Vəkil sorğusundan əlavə məhkəmə də bununla bağlı adı çəkilən qurumlara məktub ünvanlayıb. Lakin hələ də heç bir qurumdan məlumat əldə edə bilməmişik. Vüqar Məmmədovun xüsusi mühafizə müşayiəti altında ixtisaslaşmış dövlət və ya özəl tibb müəssisəsinə yerləşdirilərək stasionar müalicə almasını zəruri hesab edirik", - o qeyd edib. 

R.Rəhimli ədliyyə naziri Fərid Əhmədova müraciət edərək sorğulara cavab verilməsinin təmin edilməsi üçün köməklik göstərməyi xahiş edib. 

V.Məmmədovun qardaşı Cəsur Məmmədov daha öncə jurnalistin ürək xəstəliyinin ağırlaşdığı və böyrək çatışmazlığı riski yarandığı barədə məlumat yaymışdı. 

Onun sözlərinə görə, iyulun 22-də V.Məmmədovla görüşən ailə üzvləri onun ayaqlarının şişdiyini və sərbəst hərəkət edə bilmədiyini müşahidə ediblər. 

V.Məmmədov ötən ilin oktyabrında həbs olunub. O, Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunur.

Vüqar Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun və xaricdə yaşayan hüquqşünas, “AzerFreedom TV”-nin rəhbəri Qurban Məmmədovun bacısı oğludur.

S.Cəlaloğlu bacısı oğlunun həbsi ilə bağlı daha öncə mətbuata bildirib ki, onun jurnalist fəaliyyətinə görə Prezident Administrasiyası və Dövlət Təhlükəsizliyi Xidmətindən ona iradlar bildirilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Şəmşad Ağa yazır: Müsəddiqdən əvvəlki və sonrakı İran

5 noyabr 2026

Foto: Chatgpt

“Meydan TV işi” üzrə həbsdə olan, “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa Bakı İstintaq Təcridxanasından göndərdiyi yazıda tarixçi Cəmil Həsənlinin “İran neftin kölgəsində” kitabı barədə fikirlərini bölüşüb. Jurnalist İranın siyasi tarixi və təbii sərvətlərin cəmiyyətlərin taleyinə təsiri barədə yazıb. “Meydan TV”nin dərc etdiyi yazını olduğu kimi təqdim edirik. “İllər öncə hansısa qəzetdə qarşıma lətifəvari bir məlumat çıxmışdı: “İranın baş naziri Məhəmməd Müsəddiqdən soruşurlar: - Ölkədə bu qədər adam edam olunur. Əgər sonradan məlum olsa ki, bu adamlar günahsız yerə edam olunublar, onda necə olacaq? Baş nazir cavab verir: – Əgər bu dünyada günahsız yerə edam edilmişsə, o dünyada cənnətə gedəcəklər”....
Siyasət

Ruslan İzzətli yazır: “Rusiya Cənubi Qafqazdan imtina etməyəcək”

4 noyabr 2026

şəxsi arxivi

“Toplum TV işi” üzrə 15 il azadlıqdan məhrum edilən, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Cənubi Qafqazda Rusiya, Türkiyə və İranın təsiri barədə yazıb. Ruslan İzzətlinin yazısını olduğu kimi təqdim edirik. “Rusiya-Ukrayna müharibəsinin necə nəticələnməsindən asılı olmayaraq, Rusiya iki əsrdir təsir dairəsində saxladığı Cənubi Qafqazdan imtina etməyəcək. Cənubi Qafqaz ölkələrindən kim Moskvanın çətiri altında olmaqdan imtina edəcəksə, sərt reaksiya görəcək. Necə ki, 2008-ci ildə Saakaşvili iqtidarının Moskvanın çətirindən imtinası ərazilərinin işğalı ilə nəticələndi. Cənubi Qafqazda Saakaşvilidən sonra ikinci cəhdi Ermənistan etməyə çalışır. Paşinyanın qərbyönlü siyasətinə Putin “Qarabağ kartı” ilə cavab verdi. Ənənəvi müttəfiqi İrəvanı İkinci Qarabağ müharibəsində tək qoydu....

Seçilmiş Videolar

Toplum TV loqo