Siyasət

Vəkil: Tofiq Yaqublu yaddaşını itirir

29 Aprel, 2025
58

Toplum TV

Vəkil Nemət Kərimli həbsxanada 29 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun yaddaşını itirdiyini bildirir. 

Nemət Kərimli aprelin 29-da Umbakı qəsəbəsində saxlandığı təcridxanada siyasətçi ilə görüşdən sonra bu barədə sosial media hesabında yazıb. 

O deyib ki, səhər saatlarında həkim tərəfindən müayinə olunan Yaqublu çəkisindən başqa digər göstəricilərini xatırlamayıb. 

Yaqublunun çəkisi 80,3 kg-a düşüb. Bu onun aclıq edəndən bəri 15 kg-dan çox çəki itirdiyini göstərir. 

Vəkil əlavə edib ki, Yaqublu özünü çox pis hiss etdiyini və tez-tez başının gicəlləndiyini deyib. 

Aprelin 29-da ailə üzvlərinə zəng edən Yaqublu ölüm riskinə baxmayaraq aclığı dayandırmayacağını bildirib. 

“Hakimiyyət elə düşünə bilər ki, mənim Apellyasiya Məhkəməsiylə bağlı bəzi ümidlərim var, mən də məhkəməyə qədər toparlanıb aclıq aksiyasına davam edəcəm. Onsuz da Apellyasiya Məhkəməsi də qərarını dəyişməyəcək və mən də ümidsizliyə qapılıb aclıq aksiyasını dayandıracam. Belə şey olmayacaq. Aclığı sona qədər davam etdirəcəm. Sonu ölüm də olsa!”, - o deyib. 

Yaqublunun işi üzrə Apellyasiya Məhkəməsinin iclası mayın 6-a təyin olunub. 

Tofiq Yaqublu martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib. 

O, aprelin 1-dən azadlığa buraxılması üçün aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib. 

Siyasətçi ittihamları qurama sayır.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Zelenski: “Biz insan həyatına dəyər veririk, paradlara yox”

29 Aprel 2025

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Qələbə Günü münasibətilə üç günlük atəşkəs elan etməsini “manipulyasiya” adlandırıb.  Bu barədə “X” səhifəsində yazan prezident deyib ki, Putinə müvəqqəti atəşkəs ona görə lazımdır ki, Qələbə Günü münasibətilə sakit mühitdə hərbi parad keçirsin.  “Biz insan həyatına dəyər veririk, paradlara yox. Buna görə də, biz və bütün dünya inanır ki, mayın 8-ə qədər gözləmək lazım deyil. Atəşkəs bir neçə gün olmalı deyil ki, sonra qayıdıb adam öldürməyə davam edəsiniz. Atəşkəs dərhal, tamamilə və qeyd-şərtsiz olmalıdır”, - o vurğulayıb.  Zelenski daha öncə ABŞ tərəfindən irəli sürülən, Putinin isə razı olmadığı 1 aylıq atəşkəs təklifinə...
Siyasət

“Amnesty International”: Ötən il Azərbaycanda insan haqları sahəsində kəskin çöküş baş verib

29 Aprel 2025

açıq mənbədən götürülüb

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı 2024-cü ildə Azərbaycanda insan hüquqları sahəsində “kəskin çöküşün” baş verdiyini deyir.  Bu barədə təşkilat ötən ilə dair hesabatında qeyd edib.  Hesabatda ölkədəki siyasi azadlıqlara, jurnalist və fəalların həbsinə, təcridxanalarda zorakılıq hallarına, habelə Ermənistanla aparılan sülh razılaşmasının danışıqlarına toxunulub.  2024-cü ilin noyabrında Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi konfransının keçirilməsini qeyd edən təşkilat bildirib ki, Azərbaycanla BMT-nin ev sahibliyi haqda bağladığı razılaşmada “insan hüquqlarının həqiqi müdafiəsinin olmaması” gözə dəyib.  Ardınca Azərbaycan hökumətinin insan hüquqları monitorinqi aparan beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina etdiyi yazılır. Buna nümunə olaraq 2024-cü ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərinin monitorinqinin məhdudlaşdırıldığı...

Seçilmiş Videolar

Toplum TV loqo