Siyasət

“Amnesty International”: Ötən il Azərbaycanda insan haqları sahəsində kəskin çöküş baş verib

29 Aprel, 2025
66

açıq mənbədən götürülüb

“Amnesty International” beynəlxalq insan hüquqları təşkilatı 2024-cü ildə Azərbaycanda insan hüquqları sahəsində “kəskin çöküşün” baş verdiyini deyir. 

Bu barədə təşkilat ötən ilə dair hesabatında qeyd edib. 

Hesabatda ölkədəki siyasi azadlıqlara, jurnalist və fəalların həbsinə, təcridxanalarda zorakılıq hallarına, habelə Ermənistanla aparılan sülh razılaşmasının danışıqlarına toxunulub. 

2024-cü ilin noyabrında Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi konfransının keçirilməsini qeyd edən təşkilat bildirib ki, Azərbaycanla BMT-nin ev sahibliyi haqda bağladığı razılaşmada “insan hüquqlarının həqiqi müdafiəsinin olmaması” gözə dəyib. 

Ardınca Azərbaycan hökumətinin insan hüquqları monitorinqi aparan beynəlxalq təşkilatlarla əməkdaşlıqdan imtina etdiyi yazılır. Buna nümunə olaraq 2024-cü ilin fevralında keçirilən növbədənkənar prezident seçkilərinin monitorinqinin məhdudlaşdırıldığı deyilir.

Ermənistanla sülh danışıqlarına toxunan təşkilat Azərbaycanın əlavə tələblərinin son razılaşmaya gəlməkdə əngəllər törətdiyini qeyd edir. 

“Amnesty International”, həmçinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 yanvar 2024-cü il tarixli qərarına istinad edərək deyib ki, Azərbaycanın 2023-cü ilin sentyabrında Dağlıq Qarabağda apardığı hərbi əməliyyat regionun 100,000-dən çox etnik erməni əhalisinin tamamilə qaçqın düşməsinə gətirib çıxarıb. 

“Onların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışı hələ də baş tutmayıb”, - təşkilat bildirib. 

Hesabat daha sonra Azərbaycanda müstəqil medianın və vətəndaş cəmiyyətinin üzləşdiyi məhrumiyyətlərə toxunub. “Toplum TV” və “Abzas Media” işləri üzrə həbs olunan jurnalist və fəalların, habelə Seçkilərin Monitorinqi və Demokratiya Araşdırmaları Mərkəzinin sədri Anar Məmmədli və “Meclis.info” saytının rəhbəri İmran Əliyevin saxta qaçaqmalçılıq ittihamı ilə həbs olunduğu bildirilib. 

Əlavə olunub ki, ötən il, həmçinin elmi tədqiqatçılar İqbal Əliyev və Bəhruz Səmədov “uydurma” vətənə xəyanət ittihamları ilə həbs olunub. 

Sərbəst toplaşma azadlığından bəhs edən təşkilat bu hüququn “ciddi və yersiz məhdudiyyətlər altında” qaldığını və hakimiyyətin əvvəlki illərdə dinc etirazlarda iştirak edənləri həbs etməyə davam etdiyini qeyd edib. 

Ötən il Söyüdlü etirazlarında iştirak etmiş Coşqun Musayevin 3 il, etirazlara dəstək olmuş Nazim Bəydəmirlinin 8 il, işçi hüquqları fəalı Ayxan İsrafilovun da 3 il həbs cəzasına məruz qaldıqları xatırladılıb. 

Ardınca təcridxanalarda zorakılıq və işgəncə hallarını hələ də geniş yayıldığı qeyd olunub, bu barədə “Abzas Media” direktoru Ülvi Həsənlinin həbsdən yazdığı məktuba istinad olunub. 

Həmçinin, “Toplum TV” işi üzrə həbs olunan Ələsgər Məmmədli və Ruslan İzzətli, “Kanal-13” rəhbəri Əziz Orucov, iqtisadçı Fazil Qasımov, siyasi fəal Famil Xəlilov və Anar Məmmədlinin saxlandıqları təcridxanada tibbi yardım almaq hüququndan məhrum olunduqları, bunun onların səhhətində geriləmələrə səbəb olduğu yazılıb. 

“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı siyahıya əsasən, Azərbaycanda  hazırda 357 siyasi məhbus var.

Onların 20-dən çoxu jurnalistdir. 

Azərbaycan hakimiyyəti ölkədə siyasi səbəblə heç kimin həbs edilmədiyini deyir və fərdlərin konkret cinayətlərə görə həbs olunduğunu bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Zelenski: “Biz insan həyatına dəyər veririk, paradlara yox”

29 Aprel 2025

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Qələbə Günü münasibətilə üç günlük atəşkəs elan etməsini “manipulyasiya” adlandırıb.  Bu barədə “X” səhifəsində yazan prezident deyib ki, Putinə müvəqqəti atəşkəs ona görə lazımdır ki, Qələbə Günü münasibətilə sakit mühitdə hərbi parad keçirsin.  “Biz insan həyatına dəyər veririk, paradlara yox. Buna görə də, biz və bütün dünya inanır ki, mayın 8-ə qədər gözləmək lazım deyil. Atəşkəs bir neçə gün olmalı deyil ki, sonra qayıdıb adam öldürməyə davam edəsiniz. Atəşkəs dərhal, tamamilə və qeyd-şərtsiz olmalıdır”, - o vurğulayıb.  Zelenski daha öncə ABŞ tərəfindən irəli sürülən, Putinin isə razı olmadığı 1 aylıq atəşkəs təklifinə...
Siyasət

Vəkil: Tofiq Yaqublu yaddaşını itirir

29 Aprel 2025

Toplum TV

Vəkil Nemət Kərimli həbsxanada 29 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun yaddaşını itirdiyini bildirir.  Nemət Kərimli aprelin 29-da Umbakı qəsəbəsində saxlandığı təcridxanada siyasətçi ilə görüşdən sonra bu barədə sosial media hesabında yazıb.  O deyib ki, səhər saatlarında həkim tərəfindən müayinə olunan Yaqublu çəkisindən başqa digər göstəricilərini xatırlamayıb.  Yaqublunun çəkisi 80,3 kg-a düşüb. Bu onun aclıq edəndən bəri 15 kg-dan çox çəki itirdiyini göstərir.  Vəkil əlavə edib ki, Yaqublu özünü çox pis hiss etdiyini və tez-tez başının gicəlləndiyini deyib.  Aprelin 29-da ailə üzvlərinə zəng edən Yaqublu ölüm riskinə baxmayaraq aclığı dayandırmayacağını bildirib.  “Hakimiyyət elə düşünə...

Seçilmiş Videolar

Toplum TV loqo