sosial media
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının həbsdə olan sədri Afiəddin Məmmədovun yaxınları ondan xəbər ala bilmədiklərini deyirlər.
Yaxınları bildirirlər ki, onunla əlaqə aprelin 20-də Tofiq Yaqubluya dəstək bəyanatı verdikdən sonra kəsilib.
“Afiəddin Məmmədov hər bazar ertəsi olduğu kimi ailəsinə zəng etməli idi. Zəng etmədiyi üçün narahat olan ailə üzvləri eyni nömrəyə zəng vurub. Telefona cavab verən məhbuslardan biri onun cəzaçəkmə müəssisəsinə (karserə) köçürüldüyünü deyib”, - yaxınları bildirib.
Aprelin 29-da yayılan məlumata görə, bir həftədir “karser”də saxlanılan Afiəddin Məmmədovun vəziyyəti barədə məlumat almağa çalışan məhbuslar da təzyiqə məruz qalırlar.
Afiəddin Məmmədov hazırda həbsdə olan və həbsinə etiraz olaraq aclıq aksiyası edən siyasətçi Tofiq Yaqublu ilə bağlı ictimaiyyətə və Azərbaycan hakimiyyətinə müraciət ünvanlamışdı.
İctimai fəal müraciətində Tofiq Yaqublunun yerinə cəza çəkməyə hazır olduğunu bildirib.
Afiəddin Məmmədov “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri kimi tanınır.
Fəal 2023-cü il sentyabrın 20-dən həbsdədir.
Ona Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham verilib.
Məmmədov ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı.
Bir neçə gün sonra “İşçi Masa”sının digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs edilmişdilər.
A.Məmmədov bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Reuters
Toplum TV